IQNA

Əxbari alimləri ilə tanışlıq (10)

Molla Xəlil Qəzvininin (1001-1089 hq) həyatı ilə qısa tanışlıq

7:13 - May 28, 2016
Xəbər sayı: 3480498
Tehran, 28.05.2016 - Hüzur dövründən sonra (İmam Həzrət İmam Həsən Əskərinin 260-cı hq. ilində vəfatından sonra) şiələr dini hökmlərini və İslam maarifini hədis alimlərindən öyrənirdilər...
Hüzur dövründən sonra (yəni 11-ci məsum İmam Həzrət İmam Həsən Əskərinin 260-cı hq. ilində vəfatından sonra) şiələr dini hökmlərini və İslam maarifini hədis alimlərindən öyrənirdilər. Buna görə də hədis raviləri və mühəddislər çoxlu hədis kitabları yazdılar. Bunun kənarında üsul elmi və ictihad da inkişaf edirdi. Bu məsələ Səfəvilər dövrünə qədər bu minvalla irəli gedirdi. Səfəvilər zamanında şiələr arasında hədisə meyilli olan alimlər tapıldılar ki, onlar üsul elmini və ictihadı qəbul etmir, filosof və müctəhidləri tənqid edirdilər... Şiə aləmində bu alimlərə "əxbarilər” deyildi. Əxbarilər ciddi nöqsanları ilə birgə bir sıra müsbət işlər də gördülər ki, bunlardan biri də itib-batmaqda olan hədis ədəbiyyatını nüsxələyərək və bir yerə toplayaraq yenidən həyata qaytarmaqları idi…
Biz bu silsilə yazılarımızda sizləri "əxbari” alimlərimiz ilə tanış edəcəyik. Əxbarilərin kitablarını oxuyarkən çox diqqətli olmaq lazımdır ki, zəif hədislərə də əməl etmiş olmayaq, həmçinin unutmayaq ki, onlar saleh və fəzilətli insanlar olmuşlar və şiə məzhəbi üçün çəkdikləri zəhmətlər əvəzsizdir və bir-neçə mənfi hala görə onları təhqir etməməliyik…
Molla Xəlil Qəzvininin (1001-1089 hq) həyatı ilə qısa tanışlıq
Molla Xəlil Qəzvini ibn Əbu Hamid Ğazi Qəzvini 11-ci hicri-qəməri əsrinin böyük mühəddisi və əxbari alimlərindən olmuşdur. O, Qəzvində anadan olub, Qəzvində böyüyüb və dini elmlər, xüsusilə də hədis sahəsində inkişaf etmişdir.
Onun Səfəvi şahları, valiləri və vəzirləri yanında böyük ehtiramı və məqamı var idi.
O hələ 26 yaşında olarkən Reydə Həzrət Şah Əbdül-Əzim (ə) ziyarətgahının müdiriyyəti ona verildi.
O bir müddət sonra bu vəzifədən azad edildi və bunun ardınca Məkkəyə gedərək bir müddət Məkkədə yaşadı. Sonra isə Qəzvinə qayıdaraq Ömrünün sonunadək Qəzvində yaşadı.
Molla Xəlil Qəzvini əxbari alimlər arasında ifratçılıq və bu əqidədə tündlük və radikallıq ilə məşhurdur. Çox kəskin şəkildə "ictihad"ı rədd və inkar edirdi. İnanırdı ki, "Əl-Kafi" kitabının bütün hədisləri səhih və onlara əməl etmək vacibdir, çünki "əl-Kafi" kitabında bir dənə də olsun "təqiyyə" əsasında deyilmiş hədis yoxdur. Həzrət İmam Mehdi (ə.f) "əl-Kafi"nin bütün hədislərini görmüş və «أنّه كافٍ لشيعتنا» "kafi şiələrimiz üçün kafidir" deyərək bu kitabı tərif etmişdir.
Molla Xəlil Qəzvinin digər təəccüblü bir əqidəsi budur ki, guya Əl-Kafi kitabının "üsul" hissəsində "ruviyə" (rəvayət olub) ifadəsi ilə "mürsəl" (sənədsiz) nəql olunan bütün hədislər birbaşa İmam Mehdinin özündən (ə.f) rəvayət edilmişdir.
Molla Xəlil Qəzvinin digər maraqlı fikirlərindən biri də "qəlyan" və "tənbaku" (siqaret) çəkməyi haram bilməsi idi.
Deyirlər ki, Əllamə Məclisi də çox tənbaku çəkərmiş, hətta minbər və dərs zamanı da tütünü yerə qoymazmış. Buna görə Molla Xəlil Qəzvini tütün və tənbakunun haram olması barədə kiçik bir kitabça yazır, gözəl və bəzədilmiş bir qabda Əllamə Məclisiyə göndərdi ki, risaləni oxuyub bu işindən əl çəksin.
Əllamə Məclisi bu kitabçını oxuduqdan sonra gözəl tənbaku növündən bir miqdar gözəl bir parça arasına qoyub Molla Xəlilə göndərdi və məktubda yazdı: "Sənin tənbakunun haramlığı barədə kitabçanı oxudum, amma çox da qiymətli bir şey deyildi, amma kitabçanın gözəl cildindən yaxşı bir tənbaku qabı çıxdı".
Molla Xəlil Qəzvini ömrünün sonunda görməsini itirməsinə baxmayaraq dərs və təlifdən əl çəkmədi. Buna görə də bir çox əsərlərin müəllifidir və dini elmlər sahəsində bir çox alimlərin ustadı idi.
Onun bəzi əsərləri aşağıdakılardır:
1). "əş-Şafi fi şərhi əl-Kafi" – bu şərhi ərəbcə başladı, sonra isə farsca tamamladı. Buna görə də ərəbcə hissəsi yarımçıqdır. Amma farsca şərhi kamildir.
2). "əs-Safi dər şərhe Kafi" – ki, "əş-şafi"nin farscasıdır. Və bu kitabı 2-ci Şah Abbasin əmri ilə 20 il müddətində Qəzvində yazmışdır.
3). "Haşiyətun əla Uddətil-Üsul liş-Şeyx Tusi" – ki, natamam qalmışdır. Əxbari olduğu halda bu kitaba şərh verməsinin səbəbi bu idi ki, özü ilə müasir olan müctəhidləri qədim əshabın ictihad metoduna qaytarmaq istəyirdi, çünki belə fikirləşirdi ki, "dövrünün şiə müctəhidləri də Əhl-Sünnə usul elminə üz çeviriblər və onların üsul elmini daha güclü sayırlar!!!".
Bu isə göstərir ki, ən qatı əxbarilər belə "usul elmi"nə laqeyd qalmayıblar.

Hazırladı: Mirməhəmməd Bəşir



captcha