IQNA

Səfər ayı üçün əlamətdar İslami günlər

8:06 - October 22, 2017
Xəbər sayı: 3482292
Kərbəlada Aşura hadisəsindən sonra Əhli-beyt (ə) əsirlərinin Şama daxil edilməsi və 37-ci hicri –qəməri ilində Siffeyn döüyüşünün başlanması Səfər ayının ilk gününə təsadüf etmişdir.
İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) maide.az-a istinadla xəbər verir ki, Kərbəlada Aşura hadisəsindən sonra Əhli-beyt  (ə) əsirlərinin Şama daxil edilməsi və 37-ci hicri –qəməri ilində Siffeyn  döüyüşünün başlanması Səfər ayının ilk gününə təsadüf etmişdir.

Səfər ayında baş vermiş əlamətdar hadisələr və tarixi günlər aşağıdakılardır:

21- oktyabr – 1 səfərƏhli-beyt əsirlərinin Şama daxil edilməsi və 37-ci hicri –qəməri ilində Siffeyn döüyüşünün başlanması

22 oktyabr – 2 səfərƏhli – beyt əsirlərinin Yezidin məclisinə daxil edilməsi

25 oktyabr – 5 səfərXanım Rüqəyyənin şəhadəti

27 oktyabr – 7 səfərİmam Kazimin (ə) mövludu ( bir rəvayətə görə)

28 oktyabr – 8 səfərPeyğəmbərin (s) səhabəsi Salman Farsinin vəfatı

29 oktyabr – 9 səfərİmam Əlinin (ə) vəfalı səhabəsi Əmmar Yasirin 93 yaşında ikən Siffeyn döyüşündə şəhadəti

3 noyabr - 14-səfərİmam Əlinin (ə) vəfalı səhabəsi Məhəmməd ibn Əbu Bəkrin şəhadəti

9 noyabr - 20 səfərİmam Hüseynin (ə) ərbəini

17 noyabr - 28 səfərİslam Peyğəmbərinin (s) rehləti; İmam Əlinin (ə) imamətinin başlanğıcı və İmam Həsənin (ə) şəhadəti

19 noyabr - 30 səfərİmam Rzanın (ə) şəhadəti



captcha