IQNA

İslam alimləri "İsrail"lə əlaqələrin normallaşdırılması ilə mübarizəni istəyiblər

11:53 - October 22, 2017
Xəbər sayı: 3482294
İslam ölkələrinin onlarla alimi bir iclasda sionist rejimlə əlaqələrin normallaşdırılması prosesi ilə mübarizəni tələb ediblər.

İslam alimləri İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, İstanbulda keçirilən bu iclasın yekun bəyanatında bildirilib: Sionist düşmənin bölgədə, xüsusilə də Fələstində cinayətləri və avantüralarının davam etməsini nəzərə alaraq, bu rejimlə əlaqələri normallaşdırmaq şəri cəhətdən haramdır və müsəlmanların hüququna xəyanət hesab olunur.

Bu bəyanatda əlavə olunub: Fələstin islam ərazisidir və heç bir fərdin heç bir bəhanə ilə məsuliyyəti üzərindən atmağa haqqı yoxdur.

Müsəlman Alimlər Birliyi bu bəyanatda ərəb və islam təşkilatları ilə sionist rejim arasında bütün siyasi anlaşmaların ləğv edilməsini vurğulayaraq xatırladıb: İslam alimlərinin fitvalarına əsasən, belə anlaşmalar şəri baxımdan haram, batil, dəyərsizdir.

Sionist rejimlə siyasi əlaqələrin normallaşdırılması prosesi ilə mübarizə məqsədilə İstanbulda işə başlayan müsəlman alimlərin iki günlük iclası ötən gecə bəyanatla öz işinə yekun vurub.

Teqlər: iqna ، quran ، İslam ، israil ، qüds ، yəhudi ، fələstin
captcha