IQNA

İsveçdə üzərində məscid şəkili olan yeni poçt markası çap olunub

9:37 - October 23, 2017
Xəbər sayı: 3482296
İsveç Poçt Xidmətinin verdiyi məlumata görə, təşkilat internet səhifəsində yayımladığı açıqlamada beş yeni poçt markanın çap olunduğunu elan edib.
İsveçdə üzərində məscid şəkili olan yeni poçt markası çap olunub

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadla xəbər verir ki, İsveç Poçt Xidmətinin verdiyi məlumata görə, təşkilat internet səhifəsində yayımladığı açıqlamadabeş yeni poçt markanın çap olunduğunu elan edib.

Poçt markaları üzərində dünyanın məşhur yazıçısı və rəssamı Lars Lerinin çəkdiyi beş şəkil istifadə olunub.

Satışa çıxarılan poçt markaları arasında Lerinin 2009-cu ildə çəkdiyi və 370 min krona (37 min avro) satılan məscidşəkilidə yer alıb.

Digər dörd poçt markasındakı şəkillər İsveçin müxtəlif yerlərininəhatə edir.

Teqlər: İsveç ، iqna ، məscid ، müsəlman ، İslam ، quran
captcha