IQNA

Kərbəla ensiklopediyası təqdim olunub

9:05 - January 16, 2018
Xəbər sayı: 3482652
İmam Hüseynin (ə) müqəddəs hərəminə bağlı “Kərbəla” təhqiqat mərkəzi müqəddəs şəhərin tarixi və mədəniyyətinə dair ilk ensiklopediya hazırlayıb.

Kərbəla ensiklopediyası təqdim olunubIQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İmam Hüseynin (ə) müqəddəs hərəminə bağlı “Kərbəla” təhqiqat mərkəzi  müqəddəs şəhərin tarixi və mədəniyyətinə dair ilk  ensiklopediya hazırlayıb. 

Ensiklopediyanın təqdimat mərasimi  ötən gün Kərbəla şəhərində  bir qrup tədqiqatçı, mədəniyyət işçisi və universitet müəlliminin iştirakı ilə keçirilib. 
 
Təhqiqat mərkəzinin baş direktoru Əbdül-Əmir Qüreyşi deyib ki,  ensiklopediyada  müqəddəs Kərbəla şəhərinin tarixi haqqında -  İslamdan öncə ilk yarandığı gündən indiki dövrə kimi – məlumat yerləşdirilib. 
 
Onun sözlərinə görə,  ensiklopediya 100 hissədən ibarətdir ki, indiyədək 40 hissəsi çap olunub. “Ensiklopediyada  müqəddəs şəhərin  tarixi (qədim və müasir),  coğrafiyası,  ictimai, siyasi və iqtisadi  hadisələri, eləcə də  burada baş verən önəmli hadisələr haqqında məlumat yer alıb. Bundan başqa Kərbəlada qədim peşələr,  atalar sözləri,  geyimlər və əhalinin gündəlik həyat tərzi  ensiklopediyanın digər mövzularıdır.”
 
Qeyd edək ki, ensiklopediyanın hazırlanmasında  İraq, Türkiyə, İran və digər ölkələrin universitetlərindən  150 alim iştirak edib. /maide.az/
رونمایی از دانشنامه کربلا در آستان حسینی
رونمایی از دانشنامه کربلا در آستان حسینی
 
captcha