IQNA

“Qüdsə kömək” toplantısında 86 ölkə iştirak edəcək

10:36 - January 16, 2018
Xəbər sayı: 3482655
Qahirədə keçiriləcək beynəlxalq “Qüdsə kömək” toplantısının keçirilməsi komitəsinin üzvü Məhəmməd Mihirsavi bu iki günlük toplantıda 86 ölkənin iştirak edəcəyini xəbər verdi.

“Qüdsə kömək” toplantısında 86 ölkə iştirak edəcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qahirədə keçiriləcək beynəlxalq “Qüdsə kömək” toplantısının keçirilməsi komitəsinin üzvü Məhəmməd Mihirsavi bu iki günlük toplantıda 86 ölkənin iştirak edəcəyini xəbər verdi.

Qahirədə keçiriləcək beynəlxalq “Qüdsə kömək” toplantısının keçirilməsi komitəsinin üzvü Məhəmməd Mihirsavi bəyaniyyə yayaraq elan etdi:

Əl-Əzhər Beynəlxalq İslam Mərkəzi və Əl-Əzhər Universiteti bu mərkəzin rəisi Şeyx Əhməd Təyyibin göstərişinə əsasən, Fələstin məsələsinin müxtəlif cəhətlərinin araşdırılması və Qüds sakinlərini məcburi köçkünlük və Qüdsün yəhudiləşdirilməsi hiyləsinin qarşısında dəstəkləmək məqsədi ilə iki günlük “Qüdsə kömək” beynəlxalq toplantı keçirir.  

O əlavə etdi: “Qüdsə kömək” beynəlxalq toplantısı Misrin prezidenti Əbdül- Fəttah Sisinin nəzarət və dəstəyi və İslam Ümmətinin əsas məsələlərini müdafiə etmək məqsədi ilə Qahirədə keçirilir.

Bu toplantıda Qüdsün tarixi əhəmiyyəti, müsəlmanlar arasında mövqeyir və yeri, bu şəhərin qanuni və siyasi vəziyyəti, Qüdsdə baş verən ixtilafların səbəbləri, kökləri və yəhudilərin yalan iddialarına cavabların verilməsi toplantıda müzakirə mövzusu olacaqdır.

Cari həftənin 3-cü və 4-cü günləri Əl-Əzhərin təşəbbüsü və Müsəlman Hakimlər Şurasının həmkarlığı ilə keçiriləcək bu toplantının açılış mərasimində Fələstinin özmuxtar təşkilatının rəisi Mahmud Abbas da çıxış edəcəkdir.  

http://iqna.ir/fa/news/3682075

Teqlər: iqna ، fələstin ، qüds ، qahirə
captcha