İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qətərin Duhe şəhərində toplantı keçirən “Dünya Müsəlman Alimləri Birliyi” Səudiyyə Ərəbistanı və BƏƏ-dən (Birləşmiş Ərəb Əmirlikləri) dövlətlərindən əqidə və siyasi baxış fərqliliyinə görə həbs edilən dini təbliğatçı və alimlərin azadlığa buraxılmasını istədilər.
Misirdən “İxvançılar” ilə iş birliyi qurmaq suçu ilə Qətərə sürgün edilən Şeyx Yusif Qərzavinin başçılıq etdiyi “Dünya Müsəlman Alimləri Birliyi” Səudiyyə Ərəbistanı və BƏƏ-dən (Birləşmiş Ərəb Əmirlikləri) dövlətlərini əqidə azadlığına qarşı gəlməkdə qınayıblar. (!)
Bu bəyaniyyə dörd ay öncə həbs edilən sələfi- vəhabi təbliğçisi Salam əl-Ovdətin xəstəxanaya yerləşdirilməsinin ardınca verilib.
Səudiyyəli vəhabi şeyxi Salman əl-Ovdət Ərəbistanda radikal dini cərəyan sayılan sələfilik və vəhabiliyin “yumuşaq” qoluna aid şeyxlərdəndir. Onu Ərəbistanda “yeni sələfilik” cərəyanının başçısı hesab edirlər. O keçən ilin Sentyabar ayında onunla həmfikr olan alim və yazar əqidə yoldaşları ilə birlikdə həbs edilmişdi.
Ali- Səud rejimi və BƏƏ bu adamları Qətər və Fars Körfəzi məsələlərində bu iki dövlətin siyasətlərini tənqid etdikləri üçün həbs etmişdi.
Səduiyyə hakimiyyəti isə iddia edir ki, tutulanların günahı dövlətin milli təhlükəsizliyi və maraqları əleyhinə xarici dövlətlərlə həmkarlıqları olub.
http://iqna.ir/fa/news/3683233