IQNA

Türkiyənin Suriyanın “Afrin” əyalətinə yeni hücumu

9:23 - January 23, 2018
Xəbər sayı: 3482678
Türkiyənin quru qoşunları Suriyanın Hələb əyalətinin cənubunda yerləşən “E`zaz” regionunun “Afrin” şəhərində kürdlərin mövqelərinə yeni hücum həyata keçiriblər.

Türkiyənin Suriyanın “Afrin” əyalətinə yeni hücumuİQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyə silahlı qüvvələri keçən həftənin Şənbə günündən Suriyanın Hələb əyalətində yerləşən Afrin şəhərinə terrorçularla mübarizə bəhanəsi ilə “Zeytun salxımı” adlı hücumlar təşkil edib.

Dünən, həftənin birinci günü, günün ikinci yarısında, Türkiyənin quru qoşunları Suriyanın Hələb əyalətinin cənubunda yerləşən “E`zaz” regionunun “Afrin” şəhərində kürdlərin mövqelərinə yeni hücum həyata keçiriblər.

Türkiyə silahlı qüvvələrinin quru qoşunları dünən Afrində “Xalq mücahidləri taborları”nın mövqelərinə də hücum ediblər.

Rəcəb Təyyib Ərdoğan bundan öncə ABŞ- ın kürd terrorist qruplaşması ilə həmkarlıq etdiyini önə çəkərək bu məsələyə etirazını bildirmişdi.

Qeyd edək ki, Amerika dövləti Suriyanın şimalında terroristlərə dəstək olaraq 4900 kamyon döyüş sursatı göndərib.

http://iqna.ir/fa/news/3684406

Teqlər: iqna ، türkiyə ، suriya ، hələb
captcha