IQNA

Azərbaycanda “İrfani məqalalər toplusu” çap və nəşr ediləcək

10:00 - January 23, 2018
Xəbər sayı: 3482680
İran İslam Respublikasının Bakıdakı mədəniyyət əlaqələri idarəsinin təşəbbüsü ilə İslami irfan və ədəbiyyat məqalələri toplusu “Kəşkül” adlı kitabda çap və nəşr ediləcək.

Azərbaycanda “İrfani məqalalər toplusu” çap və nəşr ediləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Əlaqələr və Mədəniyyət Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, İran İslam Respublikasının Bakıdakı mədəniyyət əlaqələri idarəsinin təşəbbüsü ilə İslami irfan və ədəbiyyat məqalələri toplusu “Kəşkül” adlı kitabda çap və nəşr ediləcəkdir.

“Kəşkül” kitabı İslami irfan və ədəbiyyat sahəsində yazılmış onlarla məqaləni ehtiva edir.

Bu kitabdakı məqalələr Nəsib Göyüşovun vasitəsi ilə toplanmış və Fars dilindən Azərbaycan dilinə tərcümə edilmişdir.  

“Kəşkül” kitabı oxuculara İslami irfan və Fars dili və ədəbiyyatı barədə müxtəlif maraqlı mövzular təqdim edir.

“Bakının farsdilli əlyazmalarına baxış”, “İran mədəniyyətində irfani kimlik”, "Mövlananın düşüncə və ideoloji cəhətlərinə baxış", "Azərbaycan Respublikası ədəbiyyatında fars dili və ədəbiyyatının təsiri" və "İran ədəbiyyatı və mədəniyyətində işıq simvolunun cəhətlərinə baxış" kimi məqalalər bu kitabda yer almış mövzulardandır.

İran İslam Respublikasının Bakıdakı mədəniyyət əlaqələri idarəsinin təşəbbüsü ilə İslami irfan və ədəbiyyat məqalələri toplusu “Kəşkül” adı ilə 500 nüsxdə çap və nəşr ediləcəkdir.

http://iqna.ir/fa/news/3684356

Teqlər: iqna ، kəşkül ، irfan ، mövlana
captcha