IQNA

Münster universitetində İslamşünaslıq tədris edilir

18:14 - April 21, 2018
Xəbər sayı: 3483058
Almaniyanın ali elmi təhsil ocaqlarından biri olan Münster universitetində İslamşünaslıq dərsləri nisbətən geniş və ətraflı tədris edilir.

Münster universitetində İslamşünaslıq tədris edilirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın ali elmi təhsil ocaqlarından biri olan Münster universitetində İslamşünaslıq dərsləri nisbətən geniş və ətraflı tədris edilir.

Almaniyanın Münster ali elmi təhsil müəssisəsində Ərəblər barədə araşdırmalar və İslamşünaslıq dərsləri bakalavr, magistratura və doktorantura pillələrində tədris edilir.

Bu universitetin Ərəb və İslamşünaslıq araşdırmaları (Islamwissenschaft / Arabistik) institutunun bakalavr pilləsində fənlərin çox hissəsi Ərəb dili və ədəbiyyatının öyrədilməsinə həsr edilmişdir. Amma tələbələr öz istəkləri əsasında Fars və ya Türk dilini də öyrənə bilərlər. Həmçinin bu fakültə və ixtisasın kənarında humanitar elmlərdən birini ikinci ixtisas olaraq da seçərək oxuya bilərlər. Ümumiyyətlə Almaniya universitetlərində bütün tələbələr iki ixtisas: əsas (Hauptfach) və ikinci dərəcəli (Nebenfach), üzrə təhsil ala bilərlər.

Almaniyanın Münster ali elmi təhsil müəssisəsinin Ərəb və İslamşünaslıq araşdırmaları (Islamwissenschaft / Arabistik) institutunun magistr pilləsində İslamşünaslıq dərsləri bir neçə xırda ixtisaslara, o cümlədən Cəmiyyət və tarix, Ərəb ədəbiyyatı, İslam hüquqları, İslami ilahiyyat ixtisaslarına bölünürək tədris edilir. Amma bunun kənarında digər ixtisaslardan da iki başlıq (modul) seçərək oxumalıdır.Tələbələr seçdikləri ixtisaslar üzrə doktorantura pilləsində də təhsil və araşdırmalarını davam edə bilərlər. Bu pilləni başa vuranlara "İslam elmləri fəlsəfəsi doktorluğu" (Dr. Phil) dərəcəsi verilir.

http://iqna.ir/fa/news/3707392

captcha