IQNA

İsrail fələstinli gəncin cəsədinin Qəzzəyə gətirilməsinə qarşı çıxdı

11:54 - April 23, 2018
Xəbər sayı: 3483067
Terrorçu sionist rejiminin müdafiə naziri dedi: Fələstinli alim və Quran hafizi Fadi Bətşin cəsədinin Malaziyadan Qəzzə zolağına gəitirlməsinə İsrail icazə verməyəcək.

İsrail fələstinli gəncin cəsədinin Qəzzəyə gətirilməsinə qarşı çıxdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, qondarma, sionist və terrorist İsrail rejimi Malaziyada terror edilən fələstinli Quran hafizinin cəsədinin Qəzzə zolağına gətirilməsinə qarşı çıxdı.

Terrorçu sionist rejiminin müdafiə naziri dedi: Fələstinli alim və Quran hafizi Fadi Bətşin cəsədinin Malaziyadan Qəzzə zolağına gəitirlməsinə İsrail icazə verməyəcək.

Fələstinli alim və Quran hafizin Malaziyada terror edən sionist İsrail rejiminin müdafiə naziri Avigdor Lieberman həyasızcasına vurğulayıb: Fadi Bətşin cəsədinin Qəzzə zolağına köçürülməsinə heç vaxt icazə verməyəcəyik.

HƏMAS təşkilatının fələstinli Quran hafizinin Malaziyada MOSSAD tərəfindən terror edilməsi iddiasını məhkum edən İsrailin müdafiə naziri əlavə etdi: Biz öz kanallarımız vasitəsi ilə Misr dövlətindən tələb etmişik ki, Fadi Bətşin cəsədinin Rəfəh keçid məntəqəsindən Qəzzəyə girişinin qarşısını alsınlar.

Qeyd edək ki, fələstinli Quran hafizi və politoloq dünən səhər Malaziyada güllə ilə vurularaq şəhid edildi. Onun şəhadət xəbərindən sonra HƏMAS təşkilatının siyasi ofisinin rəhbəri İsmayil Həniyyə bu işdə MOSSAD-ın əli olduğunu iddia edərək dedi: İsrail ilə savaşımız sərhədlərimizdən xaricdə də davam edir.

http://iqna.ir/fa/news/3707801

 

Teqlər: iqna ، israil ، sionist ، fələstin ، malaziya ، terror ، mossad
captcha