IQNA

ABŞ-da ilk Fələstin muzeyi açıldı

23:43 - April 24, 2018
Xəbər sayı: 3483075
Amerikanın Kentaki əyalətində ilk dəfə olaraq Fələstin muzeyi təsis edildi. Muzeyin açılış mərasimi ABŞ-da yaşayan fələstinlilərin iştirakı ilə keçirilib.

ABŞ-da ilk Fələstin muzeyi açıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın Kentaki əyalətində ilk dəfə olaraq Fələstin muzeyi təsis edildi. Muzeyin açılış mərasimi ABŞ-da yaşayan fələstinlilərin iştirakı ilə keçirilib.

Açılış mərasimində fələstinlilərin BMT-də (Birləşmiş Millətlər Təşkilatı) daimi nümayəndəsi Riyaz Mənsur və Nyu-York şəhərinin yaxınlığında yerləşən Kentaki əyalətində yaşayan fələstinli milli azlıqlar iştirak ediblər.

Fələstinlilərin BMT-də (Birləşmiş Millətlər Təşkilatı) daimi nümayəndəsi Riyaz Mənsur açılış mərasimindəki çıxışında bu mezeyin Fələstin xalqının mənəvi, milli, tarixi və dini irsinin dünyaya çatdırılmasında çox mühüm rol oynayacağına işarə edib və muzeyin təsisçisi Feysəl Salehə xatirə lövhəsi verib.

Fələstinli incəsənət ustası Samiyə Hələbi bu mərasimdə çıxış edərək Fələstin incəsənəti və mədəniyyətinin müasir və qədim tarixindən və inkişafından danışıb.

Bu mezeyin divarları fələstinli incəsənət ustalarının Fələstin xalqının mədəni və milli irsini və İngilis və İsrail ipmerializminin qarşısında müqavimətini əks etdirən tablolar ilə bəzədilib.

http://iqna.ir/fa/news/3708739

captcha