IQNA

Londonda nadir Quran nüsxələrinin hərracı

23:56 - April 24, 2018
Xəbər sayı: 3483076
Londonun Kristiz hərracında İslam dünyasının bir sıra qədim mədəni, tarixi, elmi və incəsənət əsərləri hərraca çıxarılıb. Bu əsərlərin arasında qədim və nadir bir Quran nüsxəsi də vardır.

Londonda nadir Quran nüsxələrinin hərracıIQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Londonun Kristiz hərracında İslam dünyasının və Hindistanın bir sıra qədim mədəni, tarixi, elmi və incəsənət əsərləri hərraca çıxarılıb. Bu əsərlərin arasında qədim və nadir bir Quran nüsxəsi də vardır.

Bu nadir Quran nüsxəsi əlyazma bir nüsxəsinin "palimpsest"idir ki, onun üzərinə yazılmış ilkin əlyazma pozulub və sonradan yazılıb. Bu əsərin tarixi miladın 8-ci əsrinə (2-ci hicri-qəməri) aiddir.

Mütəxəssislərin dediyinə görə, Quran ayələrinin yazıldığı bu nüsxənin üzərinə yazılaraq sonradan pozulan yazı Tövratın Misrin qibti dilində "qanunun təkrarı" fəslinin bir hissəsi olub.

Fransalı tədqiqatçı Elnur Klard bu nüsxə barədə araşdırmalarına istinadla deyib ki, bu nüsxənin pozulmuş yazısının Tövratdan bir hissəsi olmasının kəşfi İslam dininin zühur etdiyi dövrün tanınmasında çox əhəmiyyətlidir. Biz bu nüsxədə müxtəlif dini cəmiyyətlərin mədəni əlaqələrinin necəliyinin şahidi oluruq.   

Kristiz hərrac mərkəzinin mütəxəssislərinin dediklərinə görə, dünyada bu cür nadir Quran nüsxələri çox azdır. Bu nüsxəyə oxşar digər bir Quran nüsxəsi isə hicrinin birinci əsrinə aiddir ki, onun da üzərinə əvvəlcə yazı yazılmış və sonradan silinərək üzərindən Quran ayələri kitabət edilmişdir.

Cari həftənin Cüməaxşamı günü keçiriləcək hərracda auksiyona çıxarılacaq əsərlərdən biri də görkəmli müsəlman alimi Xacə Nəsirəddin Tusinin riyaziyyat və astronomiya barədə yazdığı "5 risalə" kitabının əlyazması olacaqdır.   

http://iqna.ir/fa/news/3708619

Teqlər: iqna ، nüsxə ، hərrac ، quran ، tövrat ، qibti ، misr
captcha