IQNA

Berlində 2-ci şiəşünaslıq konfransı keçiriləcək

23:49 - April 25, 2018
Xəbər sayı: 3483080
"Mədinə şəhəri və şiə dünyasında elm, əxlaq və incəsənət" adı ilə keçiriləcək şiəşünaslıq konfransı İslamın ilk əsrlərində şiələrin müxtəlif şəhərlərdə fəlaiyyətlərini araşdıracaq.

Berlində 2-ci şiəşünaslıq konfransı keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın paytaxtı Berlin cari ilin Oktyabr ayında 2-ci şiəşünaslıq konfransına evsahibliyi edəcək.

"Mədinə şəhəri və şiə dünyasında elm, əxlaq və incəsənət" adı ilə keçiriləcək şiəşünaslıq konfransı İslamın ilk əsrlərində şiələrin müxtəlif şəhərlərdə fəlaiyyətlərini araşdıracaq.

Şiəşünaslıq konfransı cari ilin Oktyabr ayının 19 və 20-də Avropda ilk ixtisaslaşdırılmış ŞİƏ kitabxanasının təsisinin birinci ildönümündə keçirilir.

İran İslam Respublikasının Almaniyadakı Mədəniyyət Əlaqələri İdarəsinin bu barədə yaydığı məlumata görə, şiəşünaslıq konfransı Prof. Əbdülcavad Fəlaturinin təşəbbüsü ilə təşkil edilib.

Konfransda iştirak etmək istəyənlər öz elmi məqalələrini və çıxışlarının xülasəsini cari ilin May ayının 30-dək İranın Berlindəki Mədəniyyət Evinin adresinə göndərə bilərlər. Məqaləsi qəbul edilənlərin konfransda iştirak etmək üçün səfər xərcləri ödəniləcəkdir.  

Konfrans Alman, İngilis və Ərəb dillərində olacaqdır. Və konfransa məqalə göndərənlər məqalələrini elmi standartlara uyğun, hər səhifədə 300 söz və aşağıdakı mözvular üzrə tənzimləməlidirlər.

Konfransın əsas mövzuları şiələrin Mədinə şəhəri ilə rabitəsi, İslamın ilk illərində şiələrin Mədinədə elmi dini hövzələri, imamların zəvvarlar ilə rabitələri, Mədinə şəhərində imamların sakinlər, qonşular və şiələr ilə əlaqələri, şiələrin fiqhi, kəlami və fəlsəfi fikirlərinin zəvvarlar vasitəsi ilə ötürülməsi, şiələrin Mədinədəki mirası, Bəqi qəbiristanlığı, şiələrin Mədinədəki ədəbiyyat və memarlıq əsərləri və s... olacaqdır.   

http://iqna.ir/fa/news/3708671  

captcha