IQNA

Analar arasında Quran hifzi yarışları

10:07 - July 13, 2018
Xəbər sayı: 3483464
Oman şahlığının "Rəstaq" şəhəri "mədəniyyət komitəsi"nin nəzdində fəaliyyət göstərən "xanımlar dərnəyi" bu ilin yayında "analar arasında 3-cü Quran hifzi yarışları"nın keçiriləcəyi barədə xəbər verib.

Omanda analar Quran hifzi yarışlarıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Oman şahlığının "Rəstaq" şəhərinin "mədəniyyət komitəsi"nin nəzdində fəaliyyət göstərən "xanımlar dərnəyi" bu ilin yayında "analar arasında 3-cü Quran hifzi yarışları"nın keçiriləcəyi barədə xəbər verib.

Oman şahlığının "Rəstaq" şəhərinin "mədəniyyət komitəsi"nin nəzdində fəaliyyət göstərən "xanımlar dərnəyi" rəsisi Əsilə bint Əli ibn Səud əl-Busəidiyyə bu barədə deyib: Xanımların Qurani fəaliyyətləri dərnəyi bu ilin yayında da "Quran, yaşam tərzi" layihəsinin icrası yönündə Qurani-Kərimi əzbərdən bilən analar arasında hifz yarışları təşkil etmək qərarına gəlib.

Əsilə bint Əli ibn Səud əl-Busəidiyyə əlavə etdi: "Quran, yaşam tərzi" layihəsinin çərçivəsində Quran yarışları, Quran tədrisi və Quran ayələrinin təfsiri kimi təlim kursları keçirilir. Analar arasında Qurani-Kərimin hifzi yarışlarında 100 nəfər 30 yaşdan 39 yaşadək və 40 yaşdan yuxarı olmaqlar iki qrup analar iştirak edəcəklər.

Birinci qrup analar, yəni 30 yaşdan 39 yaşınadək olan Qurani-Kərimin 2-ci cüzi və 40 yaşdan yuxarı analar isə Qurani-Kərimin 28-ci cüzi üzrə yarışacaqlar.  

http://iqna.ir/fa/news/3729419  

Teqlər: iqna ، quran ، hifz ، hafiz ، quran%2c yaşam tərzi
captcha