IQNA

Liviya dənizçiləri 104 nəfər miqrantı boğulmaqdan xilas ediblər

10:17 - July 14, 2018
Xəbər sayı: 3483468
Liviyanın Milli Vifaq Dövlətinə bağlı hərbi dəniz qüvvələri Aralıq dənizi yolu ilə qərb ölkələrinə qeyri-qanuni yolla getmək istəyən 104 nəfər miqrantı dənizdə boğulmaqdan xilas edib.

Liviya dənizçiləri 104 nəfər miqrantı boğulmaqdan xilas ediblərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Liviyanın Milli Vifaq Dövlətinə bağlı hərbi dəniz qüvvələri Aralıq dənizi yolu ilə qərb ölkələrinə qeyri-qanuni yolla getmək istəyən 104 nəfər miqrantı dənizdə boğulmaqdan xilas edib.

Liviyanın Milli Vifaq Dövlətinə bağlı hərbi dəniz qüvvələrinin Aralıq dənizində xilas etdiyi miqrantlar Misr, Mərakeş, Sudan, Tunis və s... ərəb ölkələrindən olublar. Onlardan 91 nəfəri kişi və 13 nəfəri qadın olub.

Dənizdən boğulmaqdan xilas edilən miqrantlar Liviya paytaxtı Trablos şəhərinin şərqində olan əl-Xoms şəhərinin sahillərinə köçürülüblər.

Məlumatda deyilir ki, bu qeyri-qanuni mühacir və miqrantlar rezin gəmilərdə dənizdə çarəsiz qaldıqları zaman Liviya Hərbi Dəniz Qüvvələrinin Sahil Mühafizəsi Patrulları tərəfindən xilas ediliblər.

Qeyd edək ki, Liviya respublikasında qüdrətli mərkəzi dövlətin olmaması və həmçinin bu ölkənin dəniz yolu ilə qərb ölkələrinə yaxın olması, səbəb olub ki, Ərəb və Afrika ölkələrinin qeyri-qanuni mühacirləri Avropya çıxış üçün bu ölkənin ərazisindən istifadə edirlər.     

http://iqna.ir/fa/news/3729543  

Teqlər: iqna ، avropa ، liviya ، mühacir ، miqrant
captcha