IQNA

Ali-Xəlifə Ş.İ.Qasimin vəziyyətinin ağırlaşmasında məsuliyyət daşıyır

10:22 - July 15, 2018
Xəbər sayı: 3483471
Bəhreyn din alimləri bir bəyanatda bildiriblər ki, Bəhreyn rejimi bu ölkə şiələrinin mənəvi rəhbəri Şeyx İsa Qasimin vəziyyətinin ağırlaşmasında məsuliyyət daşıyır.

Ali-Xəlifə Ş.İ.Qasimin vəziyyətinin ağırlaşmasında məsuliyyət daşıyırBeynəlxalq Quran Xəbər Agentliyi(IQNA) Sahartv-yə istinadla xəbər verir ki, Bəhreyn din alimləri həmçinin bildiriblər ki, Əlduraz qəsəbəsində zalımcasına mühasirənin aradan götürülməsi və cümə namazının qılınması imkanı bu qəsəbə sakinlərinin haqqıdır və mühasirə amilləri məsuliyyətə cəlb olunmalıdırlar.

Bu bəyanatda deyilir: Dövlətin Şeyx İsa Qasimi hədəfə almaq üzrə hərəkətləri o qədər aşkardır ki, bu hərəkətlərdən "tədrici ölüm" siyasətinin icrasından savayı heç bir digər qənaətə gəlmək və şərh vermək mümkün deyildir.

Ali-Xəlifə rejimi Şeyx İsa Qasimin vətəndaşlığını əlindən alıb, onu mühakimə edərək, 2016-cı ilin iyunundan bəri bu din aliminin yaşadığı məkan olan Əlduraz məntəqəsini mühasirə edib və hətta Bəhreyn xalqının bu məntəqədə cümə namazı qılmasına mane olur.

Bəhreyn xalqı 2011-ci ilin fevralından dinc aksiyalar keçirərək, öz ölkəsində ədalətin bərqərarı, ayrı-seçkiliyin aradan götürülməsi və seçilmiş quruluşun hakimiyyətə gəlməsini istəyir.

Teqlər: bəhreyn ، Ş.İ.Qasim ، iqna ، quran ، müsəlman
captcha