IQNA

Şeyx İsa Qasimin Londondakı müalicəsində şübhəli məqamlar var

13:17 - July 15, 2018
Xəbər sayı: 3483474
Bəhreyn müsəlmanların mənəvi lideri Ayətullah Şeyx İsa Qasimin uzun müddətdən sonra İngiltərənin London şəhərinə müalicə üçün göndərilməsində qeyri-müəyyən hərəkətlər və şübhəli məqamlar gözə çarpır.

Şeyx İsa Qasimin Londondakı müalicəsində şübhəli məqamlar varİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəhreyn müsəlmanların mənəvi lideri və diktarot Ali-Xəlifə rejimi əleyhinə çıxanların siyasi rəhbəri Ayətullah Şeyx İsa Qasimin uzun müddətdən sonra İngiltərənin London şəhərinə müalicə üçün göndərilməsində qeyri-müəyyən hərəkətlər və şübhəli məqamlar gözə çarpır.

Bu barədə bəhreynli siyasi müxalifətçi Səid Şəhabi mətbuata məlumat verib. İngiltərədə yaşayan bəhryenli siyasi aktivist vurğulayıb: Hazırda Ayətullah Şeyx İsa Qasimin London xəstəxanasındakı fiziki durumundan və müalicəsinin gedişatından xəbərimiz yoxdur.

Səid Şəhabi mətbuatla müsahibəsində Bəhreyn rejimini şiə ruhanilərini sıxışdırmaqda ittiham edərək dedi: Ayətullah Şeyx İsa Qasim baxmayaraq ki, Londan xəstəxanasına müalicə üçün göndərilib, amma yenə də Bəhreyn hökumətinin mühasirəsindədir. Biz belə düşünürük ki, hazırda İsa Qasimin yerləşdirildiyi xəstəxana Şeyxin xüsusi həkimlərin tövsiyə etdiyi xəstəxana ilə fərqlidir. Burada yaşayan şiə ruhaniləri və siyasi fəallar Şeyxin vəziyyəti ilə maraqlanırlar, amma onlara doğru-dürüst bir cavab verilmir və görüşünə də heç kimi buraxmırlar, təkcə "müalicəsi davam elətdirilir" deyirlər.

Şəhabi müsahibəsində işarə edib ki, Ayətullah İsa Qasimin 40 ay öncədən mühasirədə yaşayır və bu mühasirə müalicə səfərində də davam edir.

O vurğulayıb ki, hətta Şeyx İsa Qasimi təyyarə ilə Londona gətirəndə də şübhəli məqamlar yaşandı. Belə ki, onu qarşılamağa gələnlərin gözləntisinin əksinə olaraq, şeyxi gizli bir qapıdan çıxararaq hava limanında tərəfdarları ilə görüşə icazə verməyiblər. İndi də xəstəxanada eyni oyunu təkrar edirlər və tərəfdarları onunla görüşə bilmir.

Qeyd edək ki, Bəhreyn şiələrin rəhbəri Ayətullah Şeyx İsa Qasim keçən həftənin birinci günü xəstəliyi kəskinləşdikdən sonra Londana xəstəxanaya köçürülüb.  

http://iqna.ir/fa/news/3730116

Teqlər: Şeyx İsa qasim ، bəhreyn ، iqna
captcha