İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, keçən həftənin bazar günü, İsveçin paytaxtı Stokholm şəhərində bir məscidin divarında yerləşdirilmiş əldədüzəltmə bomba tapılıb.
Stokholm şəhərinin polisi bildirib ki, məscidin divarında bomba yerləşdirmiş adamların işi dövlət qanunlarının ziddinə və çox təhlükəlidir.
İsveçin İslami Birliyinin rəisi Məhəmməd Təmsəmani deyib: Bu ölkədəki məscidlrin əleyhinə deyilən təhdidlər əməli şəkildə həyata keçirilmək mərhələsinə çatmışdır. Biz öncədən şəhər polisindən istəmişdik ki, məscidlərin ətrafına kameralar yerləşdirsinlər. Amma onlar bizim təklifimizi qəbul etməmişdilər. Məscidlərin ətrafında kameraların qoyulması zəruridir. Belə olmazsa, onlarla insanın həyatı təhlükəyə düşəcəkdir.