IQNA

Məlik Abdullah və Sisi Nyu-Yorkda görüşdülər

4:35 - September 26, 2018
Xəbər sayı: 3483948
Misrin prezidenti Əbdülfəttah Sisi və İordaniya padşahı Məlik Abdullah dünən, həftənin ikinci günü, 25 Sentyabr 2018-ci il, BMT-nin Baş Məclisinin Nyu-Yorkdakı toplantısının haşiyəsində görüşüblər.

Məlik Abdullah və Sisi Nyu-Yorkda görüşdülərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misr respublikasının prezidenti Əbdülfəttah Sisi və İordaniyanın padşahı Məlik Abdullah dünən, həftənin ikinci günü, 25 Sentyabr 2018-ci il, BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Baş Məclisinin Nyu-Yorkdakı toplantısının haşiyəsində görüşüblər.

Tərəflər bu görüşdə iki ölkə arasında müştərək və ortaq münasibətlərin gücləndirilməsi barədə müzakirə ediblər.

Həmçinin görüşdə region məsələləri, o cümlədən Suriya, Liviya və Yəmən böhranı, bölgədəki terrorist təşkilatlarının yaratdıqları problemlərdən danışıblar.

Qeyd edək ki, BMT -nin (Birləşmiş Millətlər Təşkilatı) baş assambleyasının 73-cü iclası dünən, həftənin ikinci günü, 25 Sentyabr 2018-ci il, Nyu-Yorkda öz işinə başlayıb.   

http://iqna.ir/fa/news/3750245

 

Teqlər: sisi ، İordaniya ، misr ، məlik abdullah
captcha