İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin “26-cı Beynəlxalq Qurani-Kərim yarışları” gələn ilin (2019) Mart ayının sonlarında keçiriləcəkdir.
Misrin Vəqflər və İslami İşlər Nazirliyinin bu barədə verdiyi məlumata əsasən, Qurani-Kərim yarışları üç səviyyədə: milli, əlillər üçün və beynəlxalq, keçiriləcəkdir. Beynəlxalq yarışların qalibləri üçün bir milyon misr pondu, əlillər arasında keçirilən yarışlar və milli Quran yarışlarının qalibləri üçün isə 200 min pond mükafat nəzərdə tutulmuşdur.
Misrin milli Quran yarışları 25 yaşından aşağı şəxslər arasında Qurani-Kərimin hifzi, təcvidi və tilavət hökmləri ixtisası üzrə keçiriləcəkdir.
Milli Quran yarışlarında iştirak edənlər camaat imamları, məscid xətibləri və təcvid ustadları olmamalıdırlar.
http://iqna.ir/fa/news/3750050