IQNA

Hamburqun kilsəsi məscid olacaq

4:41 - September 26, 2018
Xəbər sayı: 3483950
Bu gün, həftənin üçüncü günü, 26 Sentyabr 2018-ci il, Almaniyanın Hamburq şəhərinin “Kapernaum kilsəsi”nin keşmiş binası “Məscidun-Nur” (Nur məscidi) adı ilə fəaliyyətə başlayacaqdır.

Hamburqun kilsəsi məscid olacaqİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  bu gün, həftənin üçüncü günü, 26 Sentyabr 2018-ci il, Almaniyanın Hamburq şəhərinin “Kapernaum kilsəsi”nin keşmiş binası “Məscidun-Nur” (Nur məscidi) adı ilə fəaliyyətə başlayacaqdır.

Kilsəsinin fəaliyyət təyinatının dəyişdirilməsi barədə uzun müddətdir ki, qərar verilmiş və kilsənin binası müsəlmanların istifadəsi üçün hazırlanmışdır.

Almaniya tarixində ilk dəfədir ki, “İncil əhli”-nin kilsəsi istifadə təyinatını dəyişərək məscid kimi istifadəyə verilir.

İran İslam Respublikası Almaniyadakı Mədəniyyət Əlaqələri İdarəsinin İQNA-ya verdiyi məlumata əsasən, Kapernaum kilsəsi 1961-ci ildə tikilib, 2002-ci ildə isə maddi problemlərə görə bağlanıb. Kilsənin torpaq sahəsi 2012-ci ildə “Nur İslam Mərkəzi” tərəfindən satın alınıb.

Bu kilsənin məscidə çevirilməsi layihəsi 2013-cü ildə başlayıb. Məscidin ibadət üçün hazırlanması prosesi isə altı il uzanıb. Kilsənin məscidə çevirilməsi və ibadət üçün hazırlanması layihəsinə 5 milyon avro vəsait xərclənib. Bu məbləğin 1.1 milyonunu Küveyt dövləti hədiyyə etmişdir.

Binanın xarici görünüşündə elə də dəyişiklik edilməyib. Təkcə kilsənin qülləsindəki “xaç” şəkili “Allah” sözü ilə dəyişdirilib.

Məscidin açılış mərasimində siyasi və məzhəbi təşkilatların iştirak edəcəyi gözlənilir.  

http://iqna.ir/fa/news/3749859

 

captcha