IQNA

əl-Əzhər beynəlxalq İslam Elmləri toplantısı keçirdi

18:48 - December 13, 2018
Xəbər sayı: 3484338
Misrin əl-Əzhər İslam Mərkəzinin İslami Araşdırmalar İnstitutu "İslami Elmlərin ictimai dəyərlərin möhkəmləndirilməsində rolu" mövzusunda ikinci beynəlxalq toplantı keçirib.

əl-Əzhər beynəlxalq İslam Elmləri toplantısı keçirdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin əl-Əzhər İslam Mərkəzinin İslami Araşdırmalar İnstitutu "İslami Elmlərin ictimai dəyərlərin möhkəmləndirilməsində rolu" mövzusunda ikinci beynəlxalq toplantı keçirib.

Bu toplantı dünən, həftənin üçüncü günü, 12 Dekabr 2018-ci il Qahirənin Nəsr qəsəbəsində əl-Əzhərin beynəlxalq konfrnaslar salonunda başlayıb və bu gün (13 Dekabr 2018) öz işini yekunlaşdırıb.

Toplantıda əl-Əzhər İslam Mərkəzinin rəisi Şeyx Əhməd Təyyib, əl-Əzhər İslam Universitetinin rəisi Məhəmməd əl-Məhrsavi və əl-Əzhər İslam Mərkəzinin İslami Araşdırmalar İnstitutu  rəisi Cadurrəb Əminin iştirakı ilə keçirilib.

əl-Əzhər İslam Mərkəzinin İslami Araşdırmalar İnstitutu  rəisi Cadurrəb Əmini İslami Elmlərin ictiami maarif  səthinin yüksəldilməsində rolu, İslam ümmətinin müasir problemləri, İslami cəmiyyətlərində düşüncə problemləri və İslamın doğru dərki, radikalizm və təkfirçiliklə mübarizə və yanlış düşüncə və təsəvvürlərin islahı kimi məsələlər bu toplantının keçirilməsinin əsas hədəfləri olduğunu deyib.

O əlavə edib: Bu gün ictimai dəyərlərə diqqət edilmir. Bu toplantı da bu problemin həlli istiqamətində təşkil edilmişdir.

Toplantıda İslami elmlər və bu elmlərin dəyəri, dilçik, İslami əqidə məsələləri, Quran elmləri və sünnə, İslami fiqhin əsasları, Peyğəmbərin (s) sirəsi, İslam tarixi və bu ikisinin ictimai dəyərləri kimi mövzular müzakirə edilib.

Həmçinin toplantıda İslami ölkələrin, o cümlədən Mərakeş, İordaniya, Əlcəzayir, Küveyt, Ərəbistan, BƏƏ və Fələstindən olan alimlərin toplantıya təqdim etdikləri 53 elmi məqalə müzakirə edilib.     

http://iqna.ir/fa/news/3772048

 
همایش بین المللی علوم اسلامی در الازهر
 
همایش بین المللی علوم اسلامی در الازهر
 
همایش بین المللی علوم اسلامی در الازهر
 
همایش بین المللی علوم اسلامی در الازهر
 
captcha