IQNA

Dubay Mükafatı Beynəlxalq Quran yarışlarının seçim mərhələsi başlayır

11:42 - December 14, 2018
Xəbər sayı: 3484342
BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) 23-cü beynəlxalq Qurani-Kərim yarışları gələn ilin mübarək Ramazan ayında 85 ölkənin iştirakı ilə keçiriləcəkdir.

Dubay Mükafatı Beynəlxalq Quran yarışlarının seçim mərhələsi başlayırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) 23-cü beynəlxalq Qurani-Kərim yarışları gələn ilin mübarək Ramazan ayında 85 ölkənin iştirakı ilə keçiriləcəkdir.

Dubay Mükafatı Qurani-Kərim yarışlarının icrası komitəsi BƏƏ-nin bu yarışlarda nümayəndəsini təyin etmək üçün daxili yarışların ilkin mərhələsində iştirak etmək istəyənləri qeydiyyata almağa başlayıb.

Komitə elan edib ki, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) 23-cü beynəlxalq Qurani-Kərim yarışlarının final mərhələsinə qatılmaq istəyənlər 2019-cu ilin 1-dək ilkin mərhələdə iştirak üçün ad yazdırmalıdırlar.

Dubay Mükafatı Qurani-Kərim yarışlarının icrası komitəsinin rəisi İbraim Məhəmməd BuMəlihə Quran hafizləri və ustadların yeni təlim texnologiyalarından istifadə etməsinin zərurəti  olduğunu vurğulayaraq dedi: 23-cü beynəlxalq Qurani-Kərim yarışlarında BƏƏ-nin nümayəndəsinin BƏƏ-nin vətəndaşı olması şərtdir. Yarışların iştirakçılarının 25 yaşdan yuxarı olmaması, bütöv Quranı əzbər bilməsi və təcvid hökmləri ilə tanış olması digər şərtlərdəndir.

Qeyd edək ki, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) 22-ci beynəlxalq Qurani-Kərim yarışları cari ilin Ramazan ayında 104 ölkənin iştirakı ilə keçirilmişdi.

http://iqna.ir/fa/news/3771879

captcha