IQNA

İlk Quran çapından görmədiyiniz bir foto

11:08 - August 03, 2019
Xəbər sayı: 3485638
Müqəddəs Məkkə şəhərində ilk dəfə çap edilən Quran nüsxəsi nadir qədim çap nüsxələrindən biridir. Bu Quran nüsxəsi 1949-cu ildə (1369 hq) Məkkədə çap və nəşr edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Tvitter sosial şəbəkəsində müqəddəs Məkkə şəhərində çap edilmiş ilk Qurani-Kərim nüsxəsinin fotosu paylaşılıb.

Səudiyyə Ərəbistanın Məlik Əbdüləziz Mədəniyyət Müəsissəsinin rəsmi sosial səhifəsində paylaşılan bu foto ilk dəfədir ki, hamı üçün nümayiş edilir.

Müqəddəs Məkkə şəhərində ilk dəfə çap edilən Quran nüsxəsi nadir qədim çap nüsxələrindən biridir. Bu Quran nüsxəsi 1949-cu ildə (1369 hq) Məkkədə çap və nəşr edilib.

Bu Quranı xəttat və hüsnxətt ustası Məhəmməd Tahir Kürdi kitabət edib və Məkkə Quran Çapı Şirkəti tərəfindən nəşr edilib.

Qeyd edək ki, Məkkə Quran Çapı Şirkəti çox qədim Məkkə şəhərində fəaliyyət göstərir, çap üçün lazım olan təchizatı Amerikadan alıb və peşəkar çap mühəndislərinin həmkarlığı ilə müxtəlif ölüçlərdə Quran çap və nəşr edir.

http://iqna.ir/fa/news/3831893

تصویری دیده‌نشده از نخستین قرآن چاپ شده در مکه مکرمه 

captcha