IQNA

Çap səhvi olan Quran nüsxələri Məkkədən yığışdırıldı

9:07 - August 04, 2019
Xəbər sayı: 3485643
"Məscidul-Həram və Məscidun-Nəbinin (s) işləri üzrə baş idarə"nin məsulları hacılar arasında "Məlik Fəhəd Quran çapı və nəşri" müəssisəsinin çap və nəşr etdiyi bir milyon Quran nüsxəsi paylayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, mübarək Ramazan ayında və Həcc ayinləri günlərində bəzi zəvvarlar tərəfindən Məscidul-Hərama gətirilən Quran nüsxələri toplanılır.

Məscidul-Həramın (Kəbə) "Quran və Kitab İşi İdarəsi" məscidlərdən yığışdırılan bu Quran nüsxələrində çap səhvlərinin olduğunu deyib.

Zəvvarlar müxtəlif ölkələrdə çap və nəşr edilmiş bu Quran nüsxələrini daha çox savab qazanmaq üçün özləri ilə gətirərək Kəbə evinə hədiyyə ediblər. Bu Quran nüsxələrinin bəzilərində çap səhvi olduğu və Quran ayələrinin yerlərinin səhvən dəyişildiyi aşkarlanıb.

Məkkədə yerləşən "Məscidul-Həram və Məscidun-Nəbinin (s) işləri üzrə baş idarə"nin məsulları hacılar arasında "Məlik Fəhəd Quran çapı və nəşri" müəssisəsinin çap və nəşr etdiyi bir milyon Quran nüsxəsi paylayıb.

Məkkənin "Müshəflər İşləri İdarəsi"nin müdiri Xalid bin Məhəmməd Harisi bu barədə deyib: Hər gün məmurlarımız çap səhvi olan Quran nüsxələrini Məkkənin məscidlərindən toplayırlar. Habelə hər gün 65 dilə tərcümə edilmiş 1000 nüsxə Quran, görməyənlər üçün Bril əlifbası ilə Quran nüsxəsi, Həcc ayinlərinin öyrədilməsi kitabı və Quran qarilərinin tilavət CD-ləri hacılar arasında paylanır.  

http://iqna.ir/fa/news/3832025

captcha