IQNA

Pakistan İranın həmkarlığı ilə Quranı tərcümə edəcək

8:11 - August 05, 2019
Xəbər sayı: 3485649
Pakistanın Heydərabad əyalətinin "Qədəmgahe Mövla Əli (ə) Birliyi"nin nümayəndəsi İran İslam Respublikasının bu ölkədəki Mədəniyyət Əlaqələri İdarəsinin məsulu ilə görüşüb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanın Heydərabad əyalətinin "Qədəmgahe Mövla Əli (ə) Birliyi"nin nümayəndəsi İran İslam Respublikasının bu ölkədəki Mədəniyyət Əlaqələri İdarəsinin məsulu ilə görüşüb.

Pakistanın Heydərabad əyalətinin "Qədəmgahe Mövla Əli (ə) Birliyi"nin nümayəndəsi Höccətul-İslam vəl-müslimin Allahbeçay Nasiri bu görüşdə ikitərəfli mədəni əlaqələrin genişləndirilməsi barədə söhbət edib və İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin məsulu Əhməd Abdullapura Qurani-Kərimin İngilis və Fars dillərinə tərcümə edilməsində İranla həmkarlıq etməyə hazır olduqlarını deyib.

Höccətul-İslam vəl-müslimin Allahbeçay Nasiri əlavə eib: Qurani-Kərimin Fars, Urdu, Sindi və İngilis dillərində tərcüməsi layihəsini 500 nüsxə ilə icra etmək istəyirik.

آمادگی انجمن پاکستانی برای همکاری با ایران در ترجمه قرآن

O deyib: Bizim "imamiyyə" təşkilatımız Qurani-Kərimin Urdu və Sindi dillərinə tərcüməsini tamamlayıb. Buna görə də İran İslam Respublikasının Heydərabaddakı Mədəniyyət Əlaqələri İdarəsindən istəyimiz budur ki, Qurani-Kərimin İngilis və Fars dillərinə edilmiş müxtəlif tərcümələrinin "word" faylını əldə etmək üçün bizə kömək etsin.  

İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin məsulu Əhməd Abdullapur bu təklifi alqışla qarşılayaraq dedi: Qurani-Kərimin tərcüməsi çox dəqiq və diqqət tələb edən bir işdir. İranda da çox az sayda mərkəzlərin Quran tərcümə etmək icazəsi var və bu iş İranda xüsusi həssaslıq ilə həyata keçirilir.

http://iqna.ir/fa/news/3832461

captcha