IQNA

İnsan Haqları Təşkilatları Bəhreynli siyasi məhbusların azadlığını tələb etdilər

9:41 - August 24, 2019
Xəbər sayı: 3485732
Bəhreynlə bağlı İnsan Haqları Təşkilatları Bəhreyn hakimiyyətindən bu ölkədəki siyasi məhbusların azadlığa buraxılmalarını tələb ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəhreynlə bağlı İnsan Haqları Təşkilatları Bəhreyn hakimiyyətindən bu ölkədəki siyasi məhbusların azadlığa buraxılmalarını tələb ediblər.

Altı təşkilat bu barədə imza kampaniyası keçirirək Ali-Xəlifə rejimindən siyasi və sosial görüşünə görə həbs edilmiş və hazırda aclıq aksiyası keçirən yüzlərlə siyasi məhbusun ən tez zamanda azad edilməsini istəyiblər.

İmza kampaniyasına Bəhreyn insan haqları və demokratiya mərkəzi, "əl-Xəlic" insan haqları və demokratiya mərkəzi, Bəhreyn İnsan Haqları Mərkəzi, Bəhreyn-Avropa İnsan Haqları Təşkilatı və Bəhreyn İnsan Haqları Müəssisəsi qoşulublar.

Bu təşkilatlar siyasi məhbusların işkəncə edilməsinin, onlarla təhqiramiz davranılmasının, onlar barədə ədalətsiz siyasi mühakimələrin dayandırılmasını, onların müalicəsi üçün şərait yaradılmasını, uşaq və qadınların ən tez zamanda azadlığa buraxılmalarını tələb ediblər.

Qeyd edək ki, keçən həftənin Bazar günü Bəhreyndəki siyasi məhbuslar öz səslərini beynəlxalq cəmiyyətə çatdırmaq üçün aclıq aksiyasına başlayıblar.

Ali-Xəlifə rejiminin muzdurları həbsxanalarda saxlanılan məhbuslara qarşı zorakı davranır, onları təhqir edir, onları ailələri ilə görüşməyə və təmizlik üçün lazım olan əşyaları almağa qoymurlar.   

http://iqna.ir/fa/news/3836837

captcha