IQNA

Cənubi Afrika səfirini İsraildən geri çağıracaq

23:42 - October 15, 2019
Xəbər sayı: 3485966
Cənubi Afrikanın prezidenti Siril Ramafosa deyib: İşğal edilmiş Fələstin ərazilərində səfirliyimizin bağlanması prosesi icra halındadır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Cənubi Afrikanın prezidenti Siril Ramafosa deyib: İşğal edilmiş Fələstin ərazilərində səfirliyimizin bağlanması prosesi icra halındadır.

O, sionist yəhudi rejiminə elan edib ki, təkcə işğal edilmiş ərazilərdə yaşayan Fələstinlilərin hüquqları bərpa edildiyi zaman səfirliyin bağlanması məsələsinə yenidən baxa bilər.  

Parlamentdə çıxış edən prezident vurğulayıb: İsrail rejimi Fələstin xalqının rifahının yaxşılaşması və hüquqlarının qorunması üçün həqiqi və ciddi addımlar atarsa, Cənubi Afrika səfirliyin bağlanması məsələsinə yenidən qayıda bilər.

O əlavə edib: İşğal edilmiş Fələstin torpaqlarında səfirlik olmamlıdır. Və mən həmişə bu fikirdə qalacam. Buna görə də səfiri geri çağıracam və Tel-Avivdə təkcə müvəqqəti işlər vəkilini saxlayacam.   

https://iqna.ir/fa/news/3850166

captcha