IQNA

Kəbə evinə əl sürtmək və Qara daşı öpmək qadağan edilib

5:54 - July 07, 2020
Xəbər sayı: 3487567
Tehran (IQNA) - Səudiyyə Ərəbistanın aidiyyatı qurumları koronavirus pandemiyasına görə zəvvarların Kəbə evinə əl sürtməsini və Həcərül-Əsvədi öpməyi qadağan ediblər.

Səudiyyə Ərəbistanın aidiyyatı qurumları koronavirus pandemiyasına görə zəvvarların Kəbə evinə əl sürtməsini və Həcərül-Əsvədi öpməyi qadağan ediblər.
Bu barədə Səudiyyə Ərəbistanın “Pandemiyaya qarşı Milli Mübarizə Mərkəzi” açıqlama verib.
Bildirilib ki, Mərkəzin qarşıda gələn həcc mərasimi ilə bağlı göstərişlərinə əsasən mərasimə qatılacaq azsaylı zəvvarlar da koronavirus pandemiyasına görə Kəbə evinə əl sürtə və Həcərül-Əsvədi öpə bilməyəcəklər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı cari ilin həcc mərasiminin yalnız daxildən olan və ümumi sayı maksimum 10 min şəxslə keçiriləcəyini elan edib.
Bildirək ki, Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 210 mini keçib və ölənlərin sayı 2 min civarındadır./3909012
Teqlər: həcc ، məkkə ، qara daş ، kəbə
captcha