IQNA

 Rusiya kilsəsi Ayasofiyanın məscidə çevirilməsinə etiraz etdi

12:30 - July 08, 2020
Xəbər sayı: 3487580
Tehran (IQNA) -  Bəlli olduğu kimi, Ayasofya Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəl provoslav kilsəsi, daha sonra məscid (1453), hal-hazırda isə (1935-ci ildən indiyədək) muzey olan məbəddir.

Türkiyə Ali Məhkəməsi Ayasofyanın məscidə çevrilməsi qərarı ilə əlaqədar bütün hüquqları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana verib.

Türk hakimlər Kamal Atatürkün 1934-cü il tarixli Ayasofyanın bir muzey statusu ilə bağlı qərarının qanuni olduğunu qüvvədə saxlayıblar, lakin hazırkı dövlət başçısının onu dəyişdirmək və ya dəyişdirməmək barədə qərar vermək hüququna sahib olduğunu təsdiq ediblər.

Məhkəmə zamanı Qədim Abidələr və Ətraf Mühitin Dəstəyi Dərnəyi Kamal Atatürkün 1934-cü il fərmanındakı imzanın əsl və ya saxta olub olmadığını da araşdırıb. Yalnız bundan sonra Ali Məhkəmə Ayasofyanın muzey statusunu qorumaq üçün qanuni bir qərar olduğunu qəbul edib, lakin prezident sərəncamının onu dəyişdirmək üçün yetərli olduğunu qərara alıb.

Hökumətyönümlü mətbuat müsbət bir təklif olacağı təqdirdə, ilk duanın 15 İyulda – uğursuz çevriliş cəhdinin dördüncü ildönümünü günündə ediləcəyini ehtimal edir.

Həmçinin kilsənin gələcəyi məsələsi Türkiyənin Dövlət Şurasının iclasında da müzakirə olunub. Dinləmələr 15 dəqiqə sürüb. Dövlət Şurası rəsmi qərarını 15 gün ərzində elan edəcək.

Rusiyanın rəsmi məqamları və Ortodoks Kilsəsi məşhur tarixi muzey və xristianlığın çox önəmli tarixi əsəri olan Ayasofiyanın məscidə çevirilməsinin əleyhinə olduqlarını bildiriblər.

Ortodoks Kilsəsi bildirib ki, Ayasofiyanın tarixini və mahiyyətini təhdid edən hər bir şey xrsitinalığın mənəvi dəyərlərini və tarixini təhdid edir. Bu məkan bütün ortodoks ruslar üçün bu günədək müqəddəs məkan hesab edilir.

"Kreml hesab edir ki, Aya Sofiya kilsəsinin statusu Türkiyənin daxili işidir, lakin ümid edir ki, Türkiyə rəhbərliyi bu müqəddəs məkanın əhəmiyyətini nəzərə alar" - bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz bunu şərh edə bilmərik, bu Türkiyə Respublikasının daxili işidir. Bildiyiniz kimi bu məsələ ilə bağlı Rus Pravoslav Kilsəsinin mövqeyini əks etdirən Patriarxın və XİN rəhbərinin müavini Verşinin bəyanatları oldu. Mən onu deyə bilərəm ki, şübhəsiz biz ümid edirik ki, Aya Sofiyanın statusu ümumdünya irsin obyekti kimi nəzərə alınacaq", - deyə Peskov bildirib.

O vurğulayıb ki, Aya Sofiya Rusiya da daxil olmaqla bütün ölkələrdən Türkiyəyə ziyarətə gələn turistlər üçün şah əsərdir: "Turizm əhəmiyyətindən başqa Aya Sofiya sakral, mənəvi dəyərə malikdir. Biz bütün bunların həmkarlarımız və tərəfdaşlarımız tərəfindən nəzərə alınacağına ümid edirik". /3909263

 

captcha