IQNA

Dini təhsil müəssisəsində tələbələr üçün məzunluq tədbiri keçirilib - Foto

6:27 - June 13, 2021
Xəbər sayı: 3490046
Tədbirdə dini təhsil ocağının rəhbərliyi, ustadlar, tələbələr, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və İran İslam Respublikasının Gürcüstandakı səfirliyi iştirak ediblər.

Ötən gün (12 İyun 2021) Beynəlxalq Əl-Mustafa Universitetinin Gürcüstandakı nümayəndəliyinin növbəti məzunluq tədbiri keçirilib. Tədbirdə dini təhsil ocağının rəhbərliyi, ustadlar, tələbələr, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və İran İslam Respublikasının Gürcüstandakı səfirliyi iştirak ediblər.

Marneulidə İmam Hüseyn adına (ə) məscidin mərasim zalında keçirilən tədbirdə öncə tədbirin aparıcısı Vidadi Qurbanov iştirakçıları salamlayaraq tədbir haqqında ümumi məlumat verib. Sonra tədbirin Quran tilavəti ilə açıq elan olunması üçün kürsüyə Rəsuli Əkrəm adına Təhsil Mərkəzinin təhsil üzrə məsulu Hacı Rahid Kərimovu dəvət edib.

Sonra Əl-Mustafa ali təhsil mərkəzinin Gürcüstan üzrə rəhbəri Həsən Yusifzadə çıxış edib. O nümayəndəliyin təhsil üzrə fəaliyyəti və ilin məzun olan tələbələri haqqında məlumat verib, təhsil ocaqlarının tələbələrini və ustadlarını təbrik edib.

Tədbirdə iştirak edən İran İslam Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Əkbər Qasimi də məzun olan tələbələri və müəllimlərini təbrik edib.  Tələbələrə elm sahəsində yüksək rütbələrə yiyələnmələri, mütəxəssi olmaları üçün təhsillərinə davam etmənin əhəmiyyətindən və  daha geniş ölkələr səviyyəsində elmi töhfələr vermələri üçün də müxtəlif dil öyrənmənin önəmindən danışıb.

Sonra kürsüyə dəvət olunan Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov bayram günü və məzunluq münasibəti ilə təbrik və xoş arzularını çatdırıb, O, müvəffəq din tələbəsinin özəlliklərindən və uğurlar əldə etməsi üçün əsas nöqtələri diqqətə çatdırıb.

Sonra İmam Rza (ə) adına mədrəsənin müdiri və Marneulinin baş axundu Hacı Əziz Nəbiyev, Fatimeyi Zəhra (ə) adına qızlar mədrəsəsinin təhsil üzrə məsulu Esmira Nəsibova və məzun olan tələbələrdən bir neçə nəfəri çıxış ediblər.

Tədbirin sonunda məzunlara və Qurani-Kərim müsabiqəsinin qaliblərinə diplom, sertifikat və hədiyyələr təqdim edilib./oxuinfo.com

 

captcha