IQNA

Bosniyanın tarixi Fərhadiyyə məscidi - Foto

12:10 - June 16, 2021
Xəbər sayı: 3490080
Bosniya müsəlmanlarının Fərhadiyyə məscidi Avropa ölkələrinin ən qədim və memarlıq baxımından ən gözəli olmasına rəğmən qərib qalmış və tanınmamışdır.

Fərhadiyyə məscidi Bosniyanın ən qədim tarixi məscididir.

Bu məscidin xatirəsi Bosniya milli təqvimində "məscid günü" kimi qeydə alınıb.

"Məscid günü" Bosniyanın müsəlman xalqı məscidlərə gedir, məscidlərin tozunu alır, gül ilə bəzəyir və məscidlər ehtiramla anılır.

Bosniya və Herseqovinanın Ortodoks Xristianlarının mərkəzi olan Banya-Luka şəhərinin tarixi Fərhad Paşa (Fərhadiyyə) məscidi Bosniyanın mühüm tarixi abidəsi və Balkan ölkələrinin gözəl İslami memarlıq nümunələrindən biridir.

Bu məscid 16-cı miladi əsrində Sancak hakimi Fərhad Paşanın əmri əsasında Memar Sinanın şagirdlərindən birinin memarlığı ilə tikilmişdi.

Belə bir tarixi əhəmiyyətli məscid 1993-cü ildə "Serb" radikalları tərəfindən dinamitlə dağıdıldı və həmin daxili müharibə zamanı demək olar ki, bütün müsəlmanlar şəhərdən qovuldular.

Müsəlmanlardan bir hissəsi şəhərə qayıtdıqdan sonra 2001-ci ildə Bosniya İslam Cəmiyyəti məscidin yenidən təmir edilməsi projesini başladılar. Amma maddi bazanın olmadığı üçün məscidin təmiri dayandı. 2014-cü ildə müsəlmanlar yenidən məscidin təmirini başladılar və bu iş 2015-ci ildə başa çatdı və məscid yenidən istifadəyə verildi.

Fərhadiyyə məscidi Avropa ölkələrinin ən qədim və memarlıq baxımından ən gözəli olmasına rəğmən qərib qalmış və tanınmamışdır.

Müsəlmanların bir hissəsi bu şəhərə qayıtsa da burada yaranmış islamofobiyadan cansıxıcı bir aura var. Xanımların hicab bağlaması problemlidir.

Bosniya müsəlmanları "məscid günü"nə Fərdahiyyə məscidinə ziyarət səfər kimi baxırlar.  / iqna

captcha