IQNA

Rusiyada "Təcvid elmi" mövzusunda üçüncü konfrans keçirilib

15:15 - May 24, 2022
Xəbər sayı: 3492284
Bolqarıstanın Volqaboyu əhalisi tərəfindən İslamın rəsmi qəbul edilməsinin 100 illiyi münasibətilə Saratovda "Təcvid elmi: Tarix, faktlar, perspektivlər" mövzusunda Beynəlxalq elmi-tətbiqi konfrans keçirilib.

İQNA, Rusiyadan xəbər verir ki, bu konfrans 22 iyun bazar günü Saratov Müsəlmanları Ruhani İdarəsinin bir hissəsi olan "Zeyd ibn Sabit" Quran Mərkəzi tərəfindən təşkil olunub.

Bu konfransda Rusiya, İran İslam Cümhuriyyəti, Türkiyə və Qazaxıstandan olan mütəfəkkir və tədqiqatçılar araşdırma və məqalələr təqdim edərək Quran elmləri, İslam tarixi və təcvidin öyrənilməsi sahəsində öz təcrübələrini təqdim ediblər. Həmçinin yeni tədris metodları haqqında fikir mübadiləsi aparılıb.

Ali Məqamlı Rəhbərin Rusiya Federasiyasındakı nümayəndəsi Höccətül-islam Əkbəri Ciddi konfransda iştirak edərək "Təcvid elminin yaranma və təşəkkül tarixi və onun Quran tilavəti elmi ilə əlaqəsi" mövzusunda ərəb dilində məqalə təqdim edib.

Təşkilatçılar ümidvar olduqlarını bildiriblər ki, belə görüşlərin keçirilməsi Quran elmlərinin zəngin irsinin öyrənilməsini və onun müasir şəraitdə tətbiqini daha da sevdirəcək.

Rusiyada

Rusiyada

Rusiyada

4059209

Teqlər: rusiya ، təcvid ، konfrans ، perspektivlər ، quran
captcha