IQNA

Rüşvət haqqında bəzi sullara cavab

10:36 - March 15, 2015
Xəbər sayı: 2986223
İqtisad qrupu: Şiələrin Ali Dini Lideri Həzrət Ayətullah Üzma Seyid Əli Xameneinin əsərlərinin qorunması və yayılması dəftrəxanası Ali Dini Rəhbərin "rüşvət" barədə suallara verdiyi cavabları mətbuatda yayıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Həzrət Ayətullah Üzma Seyid Əli Xameneinin əsərlərinin qorunması və yayılması dəftrəxanasının rəsmi xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə Ali Dini Rəhbər "rüşvət" haqqında verilən sualları cavablandırıb. Sual və cavaların mühümlərindən bir-neçəsini təqdim edirik:
Sual 1242: Bəzi bank müştəriləri işlərinin asan, yaxşı və sürətli yerinə yetirilməsi üçün bank işçilərinə hədiyyə bağışlayırlar. Belə ki, əgər bank işçiləri o işləri onlar üçün və onlar istədikləri kimi etməzlərsə, müştərilər o işçilərə hədiyyə verməzlər. Belə olan halda bank işçisi bu hədiyyəni ala bilərmi?
Cavab: Bank işçisi qarşılığında hər ay pul aldığı vəzifəsini yerinə yetirmək üçün müştərilərdən heç bir şey ala bilməz. Həmçinin müştərilər də öz işlərini irəli aparmaq üçün bank işçilərinə heç bir hədiyyə verə bilməzlər. Çünki bu işin nəticəsi (iqtisadi və ictimai) fəsaddır.
Sual 1244: Müştərilər hansısa idarənin işçilərinə heç bir qarşılıq gözləmədən təşəkkür etmək üçün hədiyyə verə bilərlərmi? Qeyd edək ki, həmin idarənin işçiləri də təmənnasız və heç bir qarşılıq gözləmədən öz vəzifələrini yerinə yetirirlər – (və elə buna görə də müştərilər onlardan hədiyyə ilə təşəkkür etmək istəir).
Cavab: İş mühitində müştərilər tərəfindən işçilərə hədiyyə verilməsi çox təhlükəli və fəsada yol açandır. Bu işdən nə qədər çox çəkinilərsə, bir o qədər dünya və axirətiniz üçün faydalıdır. Amma işçinin hədiyyəni almamaq üçün israrına baxmayaraq müştəri buna israr edərsə və bu hədiyyənin müqabilində umacağı da olmazsa, bu zaman işçi öz vəzifəsini yerinə yetirdikdən sonra hədiyyəni qəbul edə bilər.
Sual və cavablardan çıxarılan hökmün xülasəsi: Bütün idarə işçilərinə vacibdir ki, müştərilər ilə qanunlar əsasında davransınlar. Müştərilər tərəfindən təqdim olunan hədiyyələri qəbul etmək onlara caiz (icazəli) sayılmır. Çünki müştərilərdən hədiyyə qəbul etmək fəsada yol aça, tamahkar işçilərin hədiyyə almadan vəzifələrini yerinə yetirməmələrinə, digər insanların idarə işçiləri haqqında pis düşünmələrinə səbəb ola bilər.
Amma "rüşvət" adı ilə verilən və alanınan hər bir mal (nağd pul və s...) həm verənə və həm də alana haramdır. Rüşvət alan o malı sahibinə qaytarmalıdır və o maldan istifadə etmək haramdır.
Sual və cavabların tam Fars dilindəki mətni ilə aşağıdakı linkdə tanış ola birləsiniz: Keçid kodunun üstünə tıkla: 2984071

Teqlər: rüşvət ، sual ، cavab ، xamenei
captcha