IQNA

İQNA ilə müsahibədə müzakirə edildi;

Təkçfirçilər Avropaya necə daxil oldular / Təkfirçilik Qətər və Ərəbistanın sərmayəsi ilə inkişaf etdi

1:51 - December 20, 2015
Xəbər sayı: 3467090
Beynəlxalq şöbə: Avropa Halal Ticarət Fətva Şurasının rəisi dedi: Bu gün Avropada elə bir vəziyyət yaranıb ki, təkfirçi terrorist qruplar çox asanlıqla müsəlmanları və qeyri-müsəlmanları Ərəbistan və Qətərin maddi dəstəyi ilə öz məqsədləri üçün cəzb edə bilirlər.


İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): Əbdürrəhman Mihləfi – İslam şəritəi ixtisası üzrə təhsil almış Macarıstanlı ruhani, Quran-Kərim və Nəhcül-Bəlağənin Macar dilinə tərcüməçisi və hazırda Avstriyanın paytaxtı Vyanada Avropa Halal Ticarət Fətva Şurasının rəisi, İQNA ilə müsahibəsində təkfirçi cərəyanların Qərb ölkələri və Avropaya necə və kimin dəstəyi ilə daxil olması və onların insanları öz sıralarına cəzb etməsi barəsində açıqlama verdi.



Əbdürrəhman Mihləfi dedi: Təkfirçilərin Avropda geniş yayılması çox həssas bir məsələdir. Keçən əsrin 60-cı illərində milyonlarla müsəlman Avropaya gəldi. Bu müsəlmanlar Avropanın neçəmillətli zavodlarında fiziki işçi qüvvələri idilər. 80-ci illərdə Avropa parlamenti miqrantlar üçün yeni qanunlar qərara alaraq fəhlə müsəlman ailələrinin də Avropaya köçməsinə icazə verdi. Çox keçmədi ki, müsəlmanların sayı 4 dəfə artdı. Mühacirlər öz dini vəzifələrini yerinə yetirməkdə sadiq idilər. Digər tərəfdən də müsəlmanlar Avropa cəmiyyətində ərimdilər, onlar öz dini və milli kimliklərini saxladılar. Buna görə də müxtəlif məzhəbi ruhani heyətləri də mühacirlərin dini ehtiyaclarını təmin etmək üçün Qərb ölkələrinə üz tutdular. Məscidlər və İslami mərkəzlər tikildi və təsis edildi. Amma maliyyə məsələlərində heç bir nəzarət və kontrol yox idi.



O əlavə etdi: Müxtəlif məzhəblərin nümayəndələri Avropada çoxaldıqdan sonra onlar gah bir-birləri ilə sülh və dostluq şəraitində və gah da ziddiyyət və ixtilafda yaşamağa başladılar.



Milhəfi dedi: Avropanın çoxmillətli şirkətləri öz məxariclərini azaltmaq üçün şirkətlərini Asiya və Uzaq Şərqdə çoxaltdılar ki, daha ucuz işçi qüvvəsindən istifadə etsinlər. Buna görə də Avropadakı mühacirlər öz işlərini itirdilər. Milyonlarla müsəlman bekar qaldı. Bu şərait dini, məzhəbi və irqi zəmində müxtəlif problemlərin əmələ gəlməsinə səbəb oldu. Belə bir həssas dönəmdə avropaya yeni miqrant dalğası axmağa başladı və bu zaman artıq təkfirçi mühacirlərin qərb ölkələrinə girişini kontrol etmək və onları tanımaq mümkün deyildi.



Mihləfi əlavə etdi: Avropda hazırda iqtisadi, əxlaqi, ticari və digər məsələlər baxımından çox çətin bir böhranda yaşayır. Insalar bu problemlərin səbəbini bir-birində axtarır və siyasətçilər isə məsələnin məsuliyyəti altından qaçırlar. Belə hərc-mərclik yaranmış bir vəziyyətdə təkfiçilər Qətərin və Ərəbistanın maliyyə dəstəyi ilə böhran və işsizlik içində yaşayan müsəlman və qeyri-müsəlmanları çox asanlıqla öz məqsədləri yönündə cəzb və istifadə edirlər. Onlar qərb dövlətlərindən psixi zərbə almış və işsiz qalmış cavanları öz sıralarına götürürlər. Ərəbistan və Qətərin verdiyi maliyyə yardımı ilə onları çox asanlıqla öz sıralarında saxlayırlar.



Əbdürrəhman Mihləfi – İslam şəritəi ixtisası üzrə təhsil almış Macarıstanlı ruhani, Quran-Kərim və Nəhcül-Bəlağənin Macar dilinə tərcüməçisi və hazırda Avstriyanın paytaxtı Vyanada Avropa Halal Ticarət Fətva Şurasının rəisi, vurğuladı: İŞİD kimi terroristlərin əməlləri avropalı müsəlmanların həyatında ciddi təsirlər qoyur. Avropalılar elə bilirlər ki, İŞİD-in nümayiş etdirdiyi həqiqi İslamdır. Halbuki İŞİD kimi terrorist qruplaşmalar şeytanın müridindən başqa bir şey deyildirlər. Onlar Amerika və İsrailin müxalifi deyil, bəlkə müsəlmanların düşmənləridirlər. Əgər bu belə davam edərsə, qeyri-müsəlman cəmiyyətlərində müsəlmanların vəziyyəti getdikcə çətinləşəcəkdir.



O əlavə etdi: Macarıstanda 15 milyon, Avstriyada 2 milyon 500 min olmaqla Avropdada 45 milyon müsəlman vardır ki, bunun 30 milyonu qərbi Avropada yaşayır və qalanları Rusiyada yerləşir. Əgər təkfirçilik və azadfikirli olmağa qarşı zorakılıq və sair bu kimi vəziyyət davam edərsə, gələcəkdə müsəlmanların və İslamın mövcudluğu ciddi təhlükə ilə üz-üzə qalacaqdır.



3464025

Teqlər: avropa ، İslam ، qərb ، İŞİd
captcha