IQNA

İstambulda qədim Quran nüsxələri sərgisi

14:59 - March 10, 2016
Xəbər sayı: 3480270
Tehran, 10.03.2016 – Türkiyənin İstambul şəhərinin "Türk və İslam İncəsənəti Muzeyi" şənbə günündən başlayaraq iki ay müddətində Quran-Kərimin qədim əlyazma nüsxələri sərgisinə evsahibliyi edəcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "deyli səbah" qəzetinin xəbər və informasiya potalına istinadla verdiyi xəbərə görə, Türkiyə cümhuriyyətinin tarixi İstambul şəhərinin "Türk və İslam İncəsənəti Muzeyi" bu həftənin şənbə günündən başlayaraq iki ay müddətində Quran-Kərimin qədim əlyazma və "kufi xətti" ilə yazılmış nüsxələri sərgisinə evsahibliyi edəcək.

Cari həftənin şənbə günü başlayacaq bu sərginin açılış mərasimi Türkiyənin Dini İşlər İdarəsinin rəisi Məhmət Gümüzün iştirak ilə keçiriləcək və sərgi May ayının ortalarınadək davam edəcəkdir.

"Möcüzə kitabının Kufi xətti ilə xəttatlıq möhtəşəmliyi" şüarı (deviz) ilə keçirilən bu sərgidə Kufi xətti ilə yazılmış 150 qədim əlyazma Quran nüsxəsi və digər kitab nüsxələri tamaşaçılar üçün vitrinə qoyulacaqdır.

Sərgiyə qoyulacaq bu Quran nüsxələrinin bəzilərinin tarixi İslamın ilk 2 əsrinədək çatır. Bəzi nüsxələrin tarixi isə Osmanlı imperiyası, Misr məmlükləri və İran Cəlililər hakimiyyəti dövrünə qayıdır.

Sərginin keçirilməsinin əsas hədəfi Quranın hüsnxətt tarixi və Kufi xəttinin tarixi dəyişiklikləri barədə insanlara daha geniş məlumatların çatdırılmasıdır.

http://iqna.ir/fa/news/3482002


captcha