IQNA

BMT-nin həmkarlığı ilə;

İmam Əlinin (ə) Malik Əştərə məktubunda hüquqi nəzəriyyələrin araşdırılması

13:34 - September 04, 2016
Xəbər sayı: 3480761
Tehran, 04.09.2016 – İraq Vəqflər İdarəsi qərara alıb ki, insan hüquqları zəminəsində keçiriləcək beynəlxalq toplantıda İmam Əlinin (ə) Malik Əştərə məktubunun hüquqi nəzəriyyələri araşdırılsın.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İraqın "NUN" xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, İraq şiələrin Vəqflər İdarəsi qərara alıb ki, BMT-nin həmkarlığı ilə insan hüquqları zəminəsində keçirəcəyi beynəlxalq toplantıda İmam Əlinin (ə) Malik Əştərə yazdığı məktubdakı hüquqi nəzəriyyələri müzakirəyə çıxarsın.

Bu toplantıda İmam Əlinin (ə) insan haqları nizamnaməsi və ədalətli hakimiyyət sistemi barədə Malik Əştərə yazdığı tarixi məktub müzakirə və araşdırma obyekti olacaqdır.

Şeyx Əli Əl-Xətib – İraq Şiələri Vəfqlər İdarəsinin rəis müavini, BMT-nin İraq işləri üzrə nümayəndəsi Yan Kubiş ilə görüşündə bu toplantının keçirilməsi barədə təklifini verərək dedi: İraq Şiələri Vəfqlər İdarəsi təklif edir ki, bu toplantı dünyanın məşhur paytaxtlarından birincə keçirilsin.

Bu toplantı "İnsan haqları mütəfəkkirlərin nəzəriyyələri və məzlumların arzuları arasında" devizi ilə keçiriləcəkdir. Toplantıda əsasən Malik Əştərə yazılmış məktubda İmam Əlinin (ə) insan haqları nəzəriyyəsi müzakirə obyetki olacaqdır.

Şeyx Əli Əl-Xətib – İraq Şiələri Vəfqlər İdarəsinin rəis müavini, dedi: Bu toplantı beynəlxalq cameədə ümumi kütlənin fikirlərini Orta Şərqdə insan haqlarının pozulmasına yönəldəcək və həmçinin insanlara İslam dininin insan haqları barədə ülvü nəzərlərini əks etdirəcəkdir.

Yan Kubiş də bu təklifin beynəlxalq təfəkkürdə təsirli olacağını vurğuladı və bütün beynəxlaq təşkilatları bu toplantıda iştirak etməyə dəvət etdi.

Sonda isə Şeyx Əli Xətib BMT-nin İraq məsələləri üzrə nümayəndəsinə Nəhcül-Bəlağənin və Malik Əştərə yazılmış məktubun ingiliscə nüsxətini hədiyyə etdi.

http://iqna.ir/fa/news/3527650


captcha