IQNA

Kəşmirdə dörd aydan sonra təkrar cümə namazı qılınıb

13:25 - November 26, 2016
Xəbər sayı: 3481050
İyul ayından bu yana Hindistan hökuməti tərəfindən cümə namazının qadağan edildiyi kəşmirdə dünən təkrar cümə namazı qılınıb.

Kəşmirdə dörd aydan sonra təkrar cümə namazı qılınıb

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Türkiyə medyasına istinadla xəbər verir ki, Kəşmirin Srinagar şəhərində yaşayan müsəlmanlar üçün çox böyük əhəmiyyətə malik olan Jamia (Camə) məscidi dörd aydan sonra dünən təkrar cümə namazı üçün yenidən açılıb.

Alınan məlumta görə, Hind əsgərləri tərəfindən bu məscidin ətrafında təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edək ki, Cammu və Kəşmirdə, təhlükəsizlik gücləriylə müstəqillik tərəfdarları arasında 8 İyulda çıxan qarşıdurma səbəbi ilə 19 həftədir bölgə xalqının camaat namazı qılmasına icazə verməmək istiqamətində Jamia məscidi bağlanılmışdı.

captcha