IQNA

HİZBULLAH hərəkatının baş katibinin müavini:

Fələstini dəstəkləməyən vəhdətin mənası yoxdur!

0:08 - December 16, 2016
Xəbər sayı: 3481145
Şeyx Nəim İsa Qasim vurğuladı: Fələstin məsələsi İslami Vəhdətin ən əsas və mühüm prinsipidir. Fələstinin İslami Müqavimətini himayə etməyən kəs vəhdət iddiası edə bilməz.

Livan İslam Müqaviməti Hərəkatının baş katibinin müavini 30. Beynəlxalq İslami Vəhdət Konfrasında vurğuladı: Fələstin məsələsi İslami Vəhdətin ən əsas və mühüm prinsipidir. Fələstinin İslami Müqavimətini himayə etməyən kəs vəhdət iddiası edə bilməz.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Şeyx Nəim İsa Qasim - Livan İslam Müqaviməti Hərəkatının baş katibinin müavini, bu gün, 15 Dekabr 2016-cı il, həftənin Cüməaxşamı günü, İran İslam Respublikasının paytaxtı Tehranda keçirilən 30. Beynəlxalq İslami Vəhdət Konfrasınının açılış mərasimində İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) və şiə məzhəbinin rəisi Həzrət İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günləri münasibəti ilə təbrik deyərək vurğuladı: Biz hazırda İslam düşmənləri ilə mübarizə və müharibə vəziyyətindəyik. İslamın təbliği və yayılması və həmçinin haqqın səsini dünyaya çatdırmaq üçün çalışırıq. Bu isə İslam düşmənləri və kafirlərin xoşuna getmir.

Şeyx Nəim İsa Qasim - Livan İslam Müqaviməti Hərəkatının baş katibinin müavini, təkfirçi cərəyanlar və vəhdət məsələsi barədə bəzi məqamları açıqlayaraq dedi: Təkfirçi və radikal qruplar və cərəyanlar İslam maarifinin yayılmasının qarşısının alınması və həqiqi İslam qarşı döyüşmək üçün İslam dininin düşmənləri tərəfindən yaradılmışdır. İslam düşmənləri birbaşa və üz-üzə mübarizə meydanında məğlub olduqdan sonra və İsrailin döyüş meydanlarında zəifliyi ortaya çıxdıqdan sonra bu işə əl atdılar.

HİZBULLAH hərəkatının baş katibinin müavini əlavə etdii: Təkfirçilər təkcə xaraba qoymaq və viran etməyi bacarırlar. Bütün müsəlmanlar bu cərəyana qarşı mübarizə aparmalıdırlar və hər hansı bir təşkilatın təkfirçilərin hərəkətlərinə göz yumması onları ilə həmkarlıq və onları dəstəkləmək mənasınadır.

O vurğuladı: Biz inanırıq ki, məğlubiyyət, dağılmaq və çökmək üzərə olan təkfirçilik cərəyanı ilə birbaşa mübarizədən başqa bir həll yolu yoxdur.

Şeyx Nəim İsa Qasim dedi: Bu gün təkfirçilər ilə həqiqi mübarizəni İran, Suriya və İraq kimi ölkələr və HİZBULLAH kimi İslami Müqavimət xətti aparır.

O əlavə etdi: İran İslam Respublikası İslami Müqaviməti himayə etmək və İslami Vəhdəti qorumaq kimi işlərlə İslam ümməti üçün çox dəyərli addımlar atmışdır.

HİZBULLAH hərəkatının baş katibinin müavini dedi: İran İslam İnqilabının dahi rəhbəri mərhum Həzrət Ayətullah Üzma İmam Xomeyni (r.ə) İslami Vəhdətinin yaranmasında öncüllərdəndir və İslam İnqilabının Ali Rəhbəri də onun yolunu davam etdirir.

Şeyx Nəim İsa Qasim çıxışının davamında dedi: Təkfirçilər ilə mübarizə və qarşılaşma üç əsas metodla, yəni fikri, siyasi və cihadi formada həyata keçirilməlidir.

O həmçinin əlavə etdi: İslami Vəhdətin ən mühüm və əsas elementi Fələstin məsələsidir. Fələstinin İslami Müqavimətini himayə etməyən kəs vəhdət iddiası edə bilməz və Fələstini dəstəkləməyən vəhdətin mənası yoxdur!

O çıxışının sonunda vurğuladı: Təkfirçilik və terrorizm ilə mübarizə aparmaya vəhdət də vəhdət deyildir!

http://iqna.ir/fa/news/3554224


captcha