IQNA

Müsəlmanlara dəstək kimi məsələlərdə hüquqi mövqedən daxil olunmalı

19:38 - July 03, 2017
Xəbər sayı: 3481827
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei məhkəmə hakimiyyətinin beynəlxalq məsələlərə hüquqi girişini vurğulayıblar.


Müsəlmanlara dəstək kimi məsələlərdə hüquqi mövqedən daxil olunmalı

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla verdiyi xəbərə əsasən, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər məhkəmə hakimiyyətinin sədri və məsul şəxsləri ilə görüşdə beynəlxalq məsələ və hadisələrin izlənilməsini son dərəcə mühüm adlandıraraq, vurğulayıblar: Məhkəmə hakimiyyəti sanksiyalar, İranın əmlakının Amerika tərəfindən müsadirə olunması, terrorizm və ya Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzaki kimi dünyanın məzlum şəxsiyyətlərinin himayə olunması, yaxud Myanma və Kəşmir müsəlmanlarına dəstək kimi məsələlərdə hüquqi mövqedən daxil olmalı və özünün himayə ya müxalifət fikrini qətiyyətlə elan etməlidir ki, dünyada öz əksini tapmış olsun.

Həzrət Ayətullahuluzma Xamenei həmçinin məhkəmə hakimiyyətinin bütün sahələrində yeni baxışı vacib sayaraq, deyiblər: Məhkəmə hakimiyyəti cəmiyyətdə ümumi hüquqların bayraqdarı olmalıdır və lazım olan hər bir sahədə xalqın hüquqlarını var gücü ilə müdafiə etməli və müxaliflər və qanun pozucuları ilə mübarizə aparmalıdır.

O həzrət sonra belə qeyd ediblər: Xalqın qanuni azadlıqlarının himayəsi və ümumi hüquqların bərpası məhkəmə hakimiyyətinin mühüm vəzifələrindəndir və bu hakimiyyət bu məsələlərin bayraqdarı olmalı və hər bir məqamda ümumi hüquqlara qarşı çıxanlar ilə mübarizə aparmalıdır.

İslam İnqilabının Böyük Rəhbəri öz çıxışlarını yekunlaşdıraraq, belə qeyd ediblər: "Gənclər neməti", "İslam Respublikası neməti", "Məhkəmə hakimiyyəti və onun qabiliyyətləri neməti" və "Xalqın quruluşa və İslam İnqilabına olan itaəti, məhəbbəti və onu müşayiət etməsi neməti" Allah-Taalanın böyük nemətlərindəndir və hamı ehtiyatlı olmalıdır ki, bu nemətlər zəifləməsin və onlardan maksimum istifadə olunsun.

captcha