IQNA

Kəşmirdə İslami xəttatlıq üzrə sərgi təşkil olunub

15:36 - July 20, 2017
Xəbər sayı: 3481889
Kəşmir Turizm Mərkəzi Kəşmirli xəttatların əl işlərini nümayiş etdirmək məqsədi ilə “Xoş xətt, Kəşmirdə İslami xəttatlıq” adlı sərgi təşkil edib.


Kəşmirdə İslami xəttatlıq üzrə sərgi təşkil olunub

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az saytına istinadən xəbər verir ki, sərgi Kəşmirin Srinaqar məscidinin nəzdində yenicə fəaliyyətə başlamış Turizm informasiya mərkəzində təşkil olunub.

Sərgi bir həftə müddətində təşkil olunub. Sərgidə ərəb, fars və eləcədə Kəşmir dilində yazılmış əsərlər sərgilənir. Sərgilənən əsərlər arasında Srinaqar şəhərinin müxtəlif məktəblərində təhsil alan 50-dən çox şagirdin, və tanınmış xəttatların əl işləri var.

Teqlər: iqna ، quran ، İslam ، xətta ، xəttatlıq ، keşmir
captcha