IQNA

Lahur muzeyində Kufi xətti ilə yazılmış Quran nüsxəsi saxlanılır

2:32 - October 31, 2017
Xəbər sayı: 3482328
Pakistanın Lahur şəhərinin mərkəzi muzeyi bu məkanda Qurani-Kərimin Kufi xətti ilə yazılmış bir nüsxəsinin saxlandığını xəbər verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Əlaqələr və Mədəniyyət Təşkilatının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Pakistanın Lahur şəhərinin mərkəzi muzeyi bu məkanda Qurani-Kərimin Kufi xətti ilə yazılmış bir nüsxəsinin saxlandığını elan edib.

İran İslam Respublikasının və Pakistan cümhuriyyətinin mədəniyyət mərkəzlərinin arasında mədəni və ictimai əlaqələrin genişləndirilməsi məqsədi ilə İranın Pakistandakı Mədəniyyət Evinin rəhbəri Seyid Məcid Saadatkiyayi Pəncab əyalətinin mərkəzi şəhəri Lahurda yerləşən bu muzeyi ziyarət edərək muzeyin müdiri Humayun Məzhər ilə görüşüb.

Onlar bu görüşdə iki ölkə arasındakı tarixi, mədəni, elmi, ictimai və dini əlaqələr və iki ölkənin müştərək dəyərləri barədə müzakirə ediblər.

Pəncab əyalətinin mərkəzi şəhəri Lahurda yerləşən incəsənət və mədəniyyət muzeyinin müdiri Humayun Məzhər bu məkanda Mövləvinin Məsnəvisi, Sədinin Bustan və Gülüstanı, Yusif və Züleyxa dastanı, Leyli və Məcnun dastanı və Qurani-Kərimin Kufi xətti ilə qədim nüsxələri kimi əlyazma xəzinələrin olduğunu bildirib.

Humayun Məzhər bu görüşdə muzeyin Pakistanın ən qədim və həmçinin Cənubu Asiyanın böyük muzeylərindən birini olduğunu deyərək bildirib: Muzeyin əlyazma nüsxələrinin 80%-dən çoxu Fars dilindədir.

http://iqna.ir/fa/news/3658279


Teqlər: iqna ، lahur ، pakistan ، pəncab ، kufi xətti
captcha