IQNA

Seneqalda Qurani- Kərimin Fransız dilinə tərcüməsinin təqdimatı keçirildi – Foto

21:45 - February 03, 2018
Xəbər sayı: 3482726
İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə Əbul-Qasim Fəxrinin Qurani- Kərimin Fransız dilinə tərcüməsinin təqdimat mərasimini Seneqalda keçirdi.

Seneqalda Qurani- Kərimin Fransız dilinə tərcüməsinin təqdimatı keçirildi – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə Əbul-Qasim Fəxrinin Qurani- Kərimin Fransız dilinə tərcüməsinin təqdimat mərasimini Seneqalda keçirdi.

Dəyirmi masa arxasında keçirilən təqdimat mərasimində Seneqal prezidentinin köməkçisi, Seneqalın Milli İnkişaf Planının direktoru, Şeyx Antadiyup universitetlərinin müəllimləri və bu universitetinin Fars və Ərəb dili və ədəbiyyatı depatamentinin iranlı ustadı Sənayi iştirak ediblər.

Dünən, həftənin Cümə günü, 2 Fevral 2018-ci il, “Müridiyyə nəşriyyatı” və “Yeni Afrika məşvərətçilər qrupu”nun həmkarlığı ilə keçirilən bu mərasimdə Seneqalın tanınmış alimi Şeyx Davud Kante də iştirak edib.

Dəyirmi masada iranlı mütərcim Əbul-Qasim Fəxrinin həyat və yaradıcılığı və fəaliyyətləri barədə məlumat verildikdən sonra Mərakeşin İslami Elmlər Universitetinin doktorantura tələbəsi Qurani- Kərimin Fransızcaya tərcüməsi barədə danışıb.

Mərasimin davamın dəyərmi masa iştirakçıları Əbul-Qasim Fəxrinin tərcüməsi barədə danışaraq vurğulayıblar ki, mütərcimin farsdilli və fransız dilinin onun ikinci dili olduğunu nəzərə alaraq demək olar ki, tərcümənin üzərində çoxlu zəhmət çəkilib və məqbuldur.

Bu mərasimin əsas hədəfi İranın elmi və dini fəaliyyətləri və nailiyyətləri barədə məlumat vermək və həmçinin tərcüməçinin zəhməti qarşılığında təşəkkür bildirmək idi.

http://iqna.ir/fa/news/3688096

میزگرد معرفی ترجمه فرانسوی قرآن در سنگال+عکس

میزگرد معرفی ترجمه فرانسوی قرآن در سنگال+عکس

Teqlər: iqna ، tərcümə ، quran ، fransız dili ، seneqal
captcha