IQNA

Kəşmir müsəlmanları mövlud bayramında yürüş etdilər

23:49 - November 23, 2018
Xəbər sayı: 3484223
Həftənin üçüncü günü "İslam karvanı" təşkilatının təşəbbüsü ilə keçirilən mövlud bayramı mərasimində Quran ayələri, mədhiyyələr, şerlə və dini nəğmələr oxunub.

Kəşmir müsəlmanları mövlud bayramında yürüş etdilərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, əziz İslam peyğəmbəri Həzrət Məhəmməd Mustafanın (s) mövlud mərasimini Kəşmir əhalisi də təntənəli şəkildə qeyd ediblər.

Peyğəmbərin (s) mövlud baryamı mərasimi münasibəti ilə düzənlənən piyada yürüşdə bir milyondan çox insan iştirak eidb.

Həftənin üçüncü günü "İslam karvanı" təşkilatının təşəbbüsü ilə keçirilən mövlud bayramı mərasimində Quran ayələri, mədhiyyələr, şerlə və dini nəğmələr oxunub.

Mövlud bayramı yürüşü İslam Karvanı təşkilatının Səringər şəhərindəki "Şəhid Gənc" adlı rayonunda yerləşən mərkəzi ofisindən başlayıb, müxtəlif qəsəbələrdən keçərək Şadipurə rayonunun "Qədəriyyə Səmbol" came məscidində dayanıb.

Came məscidi və ətrafında bir milyonluq insan izdihamı yaranıb. Toplantıda çıxış edən Əllamə Qulam Rəsul Hami əziz İslam peyğəmbərinin (s) həyat tərzindən danışıb və bəşəriyyətin problemlərinin həllini Peyğəmbərin (s) sünnəsinə əməl etməkdə olduğunu vurğulayıb.

Əllamə Qulam Rəsul Hami çıxışının davamında Kəşmir əyalətinin siyasi və iqtisadi və məişət problemlərindən danışıb.

http://iqna.ir/fa/news/3766461

Kəşmir müsəlmanları mövlud bayramında yürüş etdilər

Kəşmir müsəlmanları mövlud bayramında yürüş etdilər

Teqlər: kəşmir ، keşmir ، mövlud ، milad
captcha