IQNA

Minskdə "İran; mehribanlıq diyarı" sərgisi keçiriləcək

20:23 - January 25, 2019
Xəbər sayı: 3484577
Minskdə keçirilən sərigdə İran İslam Respublikası İslami Təbliğat Təşkilatının elm və mədəniyyət sahəsində müavini və xaricdə yaşayan iranlıların mədəni işlər üzrə həmkarlıq idarəsi də iştirak edir.  

Belarusiyada İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Təbliğat Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə,  İran İslam İnqilabının 40-cı il dönümü münasibəti ilə Belarusiyada "İran; mehribanlıq diyarı" sərgisi keçiriləcək.

Bu sərgi cari ilin Fevral ayının 7-dən 13-dək Belarusiyanın paytaxtı Minsk şəhərinin İncəsənət Universitetinin sərgi qalereyasında İran İslam Respublikasının Minskdəki Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü və İranın Fars əyalətinin incəsənət ustadlarından 4 nəfərinin iştirakı ilə təşkil ediləcəkdir.

İran İslam İnqilabının 40-cı ildönümü Belarusiyada yaşayan iranlıların, Fars əyalətinin "Xəmuş" milli musiqi qrupunun iştirakı ilə Belarusiya yazıçılar ittifaqının qərargahında keçiriləcək.

Sərgi çərçivəsində Minsk şəhərinin İdman və Turizm Universiteti və İncəsənət Universitetinin sərgi qalereyasında iki incəsənət təlimi atölyesi də keçiriləcək.

Belarusiyanın paytaxtı Minskdə keçirilən bu sərigdə İran İslam Respublikası İslami Təbliğat Təşkilatının elm və mədəniyyət sahəsində müavinliyi və xaricdə yaşayan iranlıların mədəni işlər üzrə həmkarlıq idarəsi də iştirak edir.  

http://iqna.ir/fa/news/3784054

Teqlər: iqna ، minsk ، belarusiya ، iran ، İslam İnqilabı
captcha