İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslam İnqilabının 40-cı ildönümü , Fəcr ongünlüyü və İmam Xomeyninin (r.ə) İrana təntənəli dönüşünün ildönümü ərəfəsində bu gün səhər Ali Rəhbər Ayətullah Xamenei mərhum İmamın müqəddəs məqbərəsini ziyarət edib.
İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənabları İslam İnqilabının banisinin yüksək məqamını «Fatihə» surəsini oxumaqla əziz tutub. Məzarının yanında Quran oxuyub və namaz qılıb.
Daha sonra Ali Rəhbər “Yeddi Tir” şəhidlərinin məzarını, Hərəm müdafiəçiləri və “Şəhidlər Gülüstanı”nı ziyarət edərək şəhidlərin pak ruhlarının uca dərəcələrə çatması üçün dualar edib.