IQNA

Beynəlxalq qari Huşəng Yari ötən gün vəfat etdi – Tilavət videosu

9:22 - November 09, 2020
Xəbər sayı: 3488576
Tehran (IQNA)  - İranın Kermanşahlı beynəlxalq Quran qarisi və Quran müəllimi Huşəng Yari ötən gün, 8 Noyabr 2020, 52 yaşında ikən koronavirus xəstəliyinə tutulma səbəbi ilə dünyasını dəyişib.

İranın Kermanşah əyalətindən olan beynəlxalq Quran qarisi və Quran müəllimi Huşəng Yari ötən gün, 8 Noyabr 2020, 52 yaşında ikən koronavirus xəstəliyinə tutulma səbəbi ilə dünyasını dəyişib.

Mərhum ustad Huşəng Yari Quran sahəsində fəaliyyət göstərən və zəhməti olan tanınmış mənəvi simalardan idi. Dəfələrlə daxili və xarici yarışlarda iştirak etmiş, Quran sahəsində çox sayda şagird yetişdirmiş və bir çox dəfə İslam İnqilabının Ali Məqamlı Rəhbərinin hüzurunda Quran tilavət etmişdi.  

İranın bütün dini və Qurani təşkilatları ustadın vaxtsız vəfatı münasibəti ilə başsağlığı ismarıcı yayıblar.  /3933910

Mərhum Ustad Huşəng Yarinin hicri-şəmsi tarixi ilə 1391-ci ildə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Xamenei cənablarının hüzurunda Quran tilavəti icrasının videosunu təqdim edirik. /3933944

kod

 

captcha