IQNA

İngiltərədən Fələstinə dəstək: “PUA zavodları bağlanmalıdır”

6:48 - May 30, 2021
Xəbər sayı: 3489940
Fələstinə hücum edən İsrail rejiminə İngiltərədə reaksiyalar artmağa davam edir. İngiltərədəki vətəndaşlar İsrail rejiminin silahlı pilotsuz uçuş aparatlarının zavodlarının bağlanmasını tələb edir.

İki həftə ərzində Fələstinə hücum edən İsrail rejiminə İngiltərədə reaksiyalar artmağa davam edir. İngiltərədəki vətəndaşlar İsrail rejiminin silahlı pilotsuz uçuş aparatlarının zavodlarının bağlanmasını tələb edir.

“Beynəlxalq Anti-Sionist Yəhudi Şəbəkəsi” və “Palestine Action” adlı hərəkət qrupunun üzvləri, İsrail rejiminin müdafiə şirkəti Elbit Systems-in paytaxt Londonun Holborn bölgəsindəki ofisi qarşısında toplaşıblar.

“Elbit-i bağla”, “İsrail hərbi cinayətkardır” yazılmış plakatlar və Fələstin bayraqlarını daşıyan nümayişçilər “Terrorçu İsrail” və “Azad Fələstin” şüralarını səsləndiriblər.

Sionist İsrail rejiminin Əl-Əqsa məscidi və Qəzzaya hücumlarını da qınayan qrup üzvləri, “Elbit Systems”in İngiltərədəki PUA zavodlarının bağlanmasını tələb ediblər.

“Palestine Action” qrupunun üzvləri mayın 19-u şirkətin Lesterdəki fabrikində bir aksiya keçirmiş və burada PUA istehsalının dayanmasına səbəb olmuşdu.

Qəzzada istifadə olunan Hermes adlı PUA-ların bu müəssisədə istehsal olunduğunu bildirən fəallar, məqsədlərinin işğalla “işi mümkün qədər pozmaq” olduqlarını bildirmişdilər.

Müəssisənin içərisindən çəkildiyi və PUA-nın bir hissəsi olaraq qeyd edildiyi şəkillər qrupun Tvitter hesabında yayımlanmışdı. Deyerler.org

captcha