IQNA

Əqsa məscidində qocalara, qadınlara və uşaqlara hücum edildiyi bildirildi

10:05 - June 08, 2021
Xəbər sayı: 3490004
Şeyx Ömər əl-Qisvani açıqlamasında qeyd edib ki, Əqsa məscidinə daxil olan radikal yəhudilər də müsəlmanları narahat etmək üçün yüksək səslə ibadət edirlər.

Əqsa məscidi vəqfinin müdiri Şeyx Ömər əl-Qisvani İsrail rejimi hücumlarından danışıb.  

O vurğulayıb ki, İsrail rejimi əsgərlərinin Əqsa məscidinə hücumları hələ də davam edir.  

"İsrail rejimi əsgərləri qadın, uşaq və qoca demədən rezin güllələr ilə Əqsa məscidində namaz qılanlara hücum edir. Son günlərdə mindən çox fələstinli saxlanılıb", - deyə Şeyx Ömər əl-Qisvani diqqətə çatdırıb.

Şeyx Ömər əl-Qisvani açıqlamasında qeyd edib ki, Əqsa məscidinə daxil olan radikal yəhudilər də müsəlmanları narahat etmək üçün yüksək səslə ibadət edirlər. eastnews

captcha